Dünya
Tanınmış qəzetin binasına SİLAHLI HÜCUM
Səhər saatlarında "Cumhuriyet Gazetesi"nin Şişlidəki binasının qarşısından silah səsləri gəlib. Naməlum silahlı şəxs qəzetin ön divarına atəş açdıqdan sonra avtomobilə minərək oradan uzaqlaşıb. Məsələ ilə bağlı araşdırma aparılır.
Kristina Aqilera üçüncü dəfə ana olacaq
Müğənni Kristina Aqileranın üçüncü dəfə hamilə olması haqda xəbərlər yayılıb. 10 həftə sonra İnstaqramda ilk paylaşımı edən müğənninin "Ürəyimə gedən son addımlar" qeydini yazması fanatları arasında hamiləlik iddialarını gücləndirib. Kristinanın əri Metyu Ratler və uşaqları ilə Meksikada tətildən çəkilmiş yeni fotosu da onun hamilə olmasını sübut edib.
Barış Arduç toya hazırlaşır
Aktyor Barış Arduç sevgilisi, aktrisa Gupse Özayın ailə ilə tanış olub. O, bu məqsədlə Gupsenin ailəsinin yaşadığı İzmirə gedib. Özay ailəsi Barışı kürəkənləri kimi qarşılayıb. Cütlüyün toya hazırlaşdığı qeyd edilir.
Çağatay Ulusoyun "İçerde"ki aktrisa ilə sevgili olmasına açıqlama
Aktrisa Bensu Soral "Biz size döneriz" filminin qala gecəsinə qatılıb. "İçerde" serialında çəkilən Bensu tərəf müqabili Çağatay Ulusoyun sirrini açıb.
Tuba boşanma xəbərlərinə münasibət bildirdi
Aktrisa Tuba Büyüküstün aktor həyat yoldaşı Onur Saylakdan boşanma xəbərlərinə münasibət bildirib. "İstanbul kırmızısı" filmində çəkilən Tuba ekran işinin rejissoru Ferzan Özpeteklə birgə restoranlardan birindən çıxarkən görünüb.
Elm adamları ŞOKDA: İlk canlının qalıqları TAPILDI - FOTO
Elm adamları dünyadakı "ən qədim canlı orqanizmlərə" aid ola biləcəyini düşündükləri qalıqları Kanadanın Quebec bölgəsindəki bir qayalıqda aşkar ediblər. Məlumatda Kanadadakı qayalıqlarda olan qalıqların tarixinin 4.28 milyard il əvvələ aid olduğu qeyd edilir.
Yaponlar insan ürəyinin döyüntüsünü ölçən cihaz yaradıblar
Yaponiyanın məşhur “Panasonic” elektronika firması kamera ilə görüntüsü qeydə alınan insanın ürəyinin döyüntüsünü ölçə bilən cihaz hazırlayıb.
Xəstəxananın damı çökdü - Pasiyentlər dağıntılar altında
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində xəstəxananın damı çöküb. Xəstəxananın əməkdaşları və xəstələr dağıntılar altında qalıb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Dağıntılar altında nə qədər adamın qaldığı məlum deyil. Ölüm ehtimalı böyükdür. Qəzanın səbəbləri araşdırılır.
Moskvada "şəriət patrulu" peyda oldu
"Haramı dayandırın!" layihəsinin iştirakçısı İslam İsmayılov Moskvanın küçələrində patrul xidməti aparmağa və ictimai yerlərdə siqaret çəkənləri və spirtli içkidən istifadə edənləri aşkar etməyə başlayıb.
İki uşaq anasının sevgilisini niyə öldürdüyü məlum oldu - VİDEO
Türkiyədə, Antalyanın Manavqat mahalında qırğız əsilli 34 yaşlı Aygül Nurbekin 31 yaşlı sevgilisi Salim Sarıkayanı ürəyindən bıçaqlayaraq öldürdüyü haqda xəbər vermişdik. Aygülün sevgilisini qətlə yetirməsinin səbəbi istintaqa məlum olub.
Şaxtada partlayış: ÖLƏNLƏR VAR
Ukraynada Lvov vilayətinin Sokol rayonunun Qluxov kəndində "Lvovuqol" ASC-yə məxsus şaxtada partlayış baş verib. Metan partlaması nəticəsində qaya çöküb. Hadisə zamanı şaxtada 172, qəza sahəsində 34 nəfər olub. Onlardan 11-i ölüb, 6 yaralı şaxtaçı yuxarı çıxarılıb. 20 şaxtaçının taleyi naməlum olaraq qalır. Partlayışın səbəbləri müəyyənləşdirilir.
Mövlud Çavuşoğludan Suriyadakı kürd qruplaşmasına XƏBƏRDARLIQ
"Türkiyə Əl-Babdan sonra Mənbicə girəcək. YPG Mənbicdən çəkilməsə, onları vuracağıq". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Putin və Poroşenko arasında telefon danışığı olub Kreml təsdiqlədi
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petro Poroşenko arasında telefon danışığı olub. SİARİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, dövlət başçıları Donbasdakı vəziyyətlə fikir mübadiləsi aparıblar.
CNN: ABŞ kəşfiyyatı Rusiya səfirini casus hesab edir
ABŞ kəşfiyyatı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı casus hesab edir. Bu barədə CNN ABŞ hökumətinin hazırkı və əvvəlki nümayəndələrinə istinadən xəbər yayıb.
Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan ilk pillələrdə qərarlaşıb
Bu ilin ilk iki ayı ərzində Gürcüstanı 294 min turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% çoxdur.














