Dünya
Təyyarədə BOMBA
Misirin Egypt Independent qəzetinin xəbərinə görə ötən gün İskəndəriyyə şəhərinin hava limanında Rusiya vətəndaşının baqajındanpartlayıcı qurğu aşkarlanıb. Bomba ilə saxlanan şəxs Türk Hava Yollarının təyyarəsi ilə İstanbula uçacaqmış. Böyük xoşbəxtlikdən faciənin qarşısı alınıb və bomba yerləşdilrilən çantanın təyyarəyə keçməsi əngəllənib. Həbs edilən Rusiya vətəndaşının şəxsiyyəti açıqlanmayıb. Hadisə ilə əlaqədar hər hansı rəsmi açıqlama verilməyib.
Türkiyədə 3 000 il ömürlük həbs tələbi
Türkiyədə Ankara prokurorluğu dövlət çevrilişinə cəhddə təqsirləndirilən şəxslərə ömürlük həbs tələb edib. Prokuorluq Fətullah Gülənin tərəfdarları olan 38 nəfərə ümumilikdə 2988 il ömürlük həbs müddəti tələb edib.
Terrorçu benzindaşıyan maşınları partlatdı
Nigeriyanın şimal-şərqində terrorçu-intiharçı 3 benzindaşıyan maşını partladıb. Hadisə Mayduquri şəhərində baş verib. Terrorçu benzindaşıyan maşınının yanında partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində yaxınlıqdakı daha iki maşın da alışıb.
Ataları aylardır Leyla ilə bacısını axtarırdı - Pis xəbər Türkiyədən gəldi
Ötən ilin martında İŞİD-ə qatılmaq üçün Kopenhagenin yaxınlığındakı Bröndbi Stand səmtindəki evlərindən qaçan Leyla və Hazal Olqunun Suriyaya keçdikləri məlum olub.
Davos "dəhşəti", yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında
İsveçrənin Davos şəhərində keçirilən ənənəvi forum başa çatıb. Burada 140 ölkədən 2500 nümayəndə, 50 dövlət başçısı iştirak edib. Forumun əsas şüarı "Qayğıkeş və məsuliyyətli liderlik" olub.
Ukraynada saxlanılan azərbaycanlı nazir 73 milyon dollar vəsaiti mənimsəməkdə şübhəli bilinir
Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Onun vəkili bildirib ki, hazırda R. Nəsirov xəstəxanaların birinin reanimasiya şöbəsindədir. Həkimlər R. Nəsirovun infarkt keçirdiyini bildiriblər.
PKK terrorçuları ilə kürd silahlıları arasında atışma: ölən və yaralananlar var
İraqın Mosul əyalətinin Sincar rayonunda terrorçu PKK qruplaşmasının üzvləri ilə Suriyadan olan kürd silahlıları (peşmərgə) arasında baş verən atışma nəticəsində 5 terrorçu məhv edilib.
Dərbənddə terror aktının qarşısı alınıb
Dağıstanın Dərbənd şəhərində partlayıcı qurğular yerləşdirilmiş avtomobil aşkar edilib. Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisləri bombanı zərərsizləşdirə biliblər.
Çavuşoğludan Almaniyaya XƏBƏRDARLIQ: "Özünü aparmağı öyrən"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanı ikili standartlar tətbiq etməkdə təqsirləndirib. Nazir Almaniyanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın tədbirdə çıxışını ləğv etdiyinə görə kəskin tənqid edib.
Daxili işlər naziri işə at belində gəldi
Martın 1-də ABŞ Konqresinin Senatında daxili işlər naziri vəzifəsinə təyin olunan Rayan Zinke ertəsi gün işə Vaşinqton süvari polisinin müşayiəti ilə at belində gəlib. Siyasətçi müvafiq fotoşəkili özünün rəsmi "Twitter" səhifəsində yerləşdirib.
Tramp Əfqanıstan prezidentinə vəd verdi
ABŞ prezidenti Donald Tramp və əfqanıstanlı həmkarı Əşrəf Qəni Əhmədzay arasında telefon danışığı baş tutub.
İki uşaq anası özünü öldürdü - Əri iş yoldaşını zorladığına görə
Türkiyədə intihar hadisəsi qeydə alınıb. İki uşaq anası Rəbiyə Qaraqaya özünü 4-cü mərtəbədən atıb. Çoxlu qan itirən Rəbiyə həlak olub. Hadisə ötən gün gecə saat 3-də baş verib. Deyilənlərə görə, o, əri təcavüzdən həbsə girdikdən sonra depressiyaya düşdüyünə görə canına qəsd edib.
Türkiyə və Qazaxıstan arasında hərbi saziş
Türkiyə ilə Qazaxıstan arasında hərbi siyasi sahədə mühüm anlaşma imzalanıb. Qeyd edək ki, saziş Xüsusi Təyinatlı Birliklərin Hərbi Təlimləri ilə əlaqədardı. Ötən axşam memorandum Qazaxıstan parlamentindəki səs vermədə qəbul edilib. Memeoranduma əsasən hər iki ölkədə hərbi təlimlərin keçirilməsi proseduru təminatı və təşkili ilə əlaqədar maddələr mövcuddur.
Türkiyədə sərhəd pozuntusu
Səhər saatlarında iki yunan hərbi katerinin və bir mülki yaxtanının Türkiyənin dəniz sərhəddini pozmaq cəhdlərinin qarşısı alınıb. Türk hərbi gəmilərinin əraziyə gəlişindən sonra yunan katerlər öz sahələrinə çəkiliblər. Şübhəli görülən Premiara adlı yaxta Türk sərhədçilər tərəfindən saxlanılıb. Yaxtada yoxlama aparıldıqdan sonra gəmi ilə birgə ekipaj heyyəti də sərbəst buraxılıblar. Hal hazırda bölgədə iki Türk mühafizə katerinin keşik çəkdiyi bildilir.
Moskvada tunel tikintisi zamanı baş verən qəzada ölənlərin sayı 2-yə çatıb
Ötən gün Moskvada tikilməkdə olan tuneldə baş verən qəza zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.














