Dünya
Türkiyənin neft tankeri ekipajla birgə girov götürüldü
Türkiyə bayrağı altında üzən "Hacı Telli" adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.
İsveçdə hərbi xidmətə çağırış bərpa edilir
İsveç hökuməti ölkədə 2010-cu ildə ləğv edilmiş ümumi hərbi çağırışı bərpa edir. Bu barədə İsveçin müdafiə naziri Peter Hultkvist məlumat verib. Onun sözlərinə görə, İsveçin könüllülük əsasında hərbi bölmələri komplektləşdirməklə bağlı çətinliyi var idi və bunu hərbi çağırışı bərpa etməklə aradan qaldırmaq olar.
Vizasız rejim ləğv ediləcək - Diktator qardaşının öldürülməsinə görə
Malayziya hökuməti martın 6-dan Koreya ilə vizasız rejimin ləğv olunacağını elan edib. Malayziya baş nazirinin müavini Əhməd Zahid Həmid bu addımın təhlükəsizlik məqsədilə atıldığını bəyan edib.
İŞİD-in yeraltı bazası tapıldı
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının daha bir təlim-məşq bazası aşkarlanıb. Terrorçuların illərdən bəri nəzarətdə saxladıqları Mosul şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı aşkarlanan baza şəhərin cənubundadır.
2 min illik məzar açılınca içindən çıxanlar ŞOK ETDİ
Çində təxminən 2 min il əvvəl yaşamış general Guan Yunun məzarını açan arxeoloqlar gözlərinə inanamayıblar. Generalın məzarından daha 2 cəsəd çıxıb.
Məktəbə silahlı hücum - Ölən şagirdlər var
Tailandın Narativat vilayətində məktəb qapısının qarşısında üç nəfər və bir 8 yaşlı uşaq güllələnib. Onların avtomobildə olarkən islamçı separatçılar tərəfindən atəşə tutduğu bildirilir. Maşında ər-arvad, onların iki uşağı və iki qohumu olub. Atəşə məruz qalanların buddist olduğu deyilir.
Məşhurun sevgilisiylə yataq FOTOlarını ələ keçirən polisdən GÖZLƏNİLMƏZ ADDIM - VİDEO
Almaniyalı futbol mütəxəssisinin sevgilisiylə çəkilmiş yataq görüntülərini ələ keçirən bir qadın polis məmuru 51 yaşlı məşqçiyə zəng edərək 160 min avro pul tələb edib. Qadın pulun verilməyəcəyi təqdirdə, fotoları mətbuata sızdırmaqla təhdid edib. Pulu verməyi qəbul edən məşqçi Skibbe 160 min avroyla dolu çantanı öncədən təyin olunan məkana qoyub, ancaq çantanı götürmək üçün heç kim gəlməyib. Şantajcı məmurun şəxsiyyətini təyin edərək izinə düşən səlahiyyətlilər qadının evində etdikləri axtarış zamanı çox bahalı əşyalar və lüks bir avtomobilə aid açar ələ keçiriblər. Milli.az Bild-ə istinadən xəbər verir.
ABŞ-dan Rusiyaya aviazərbə ittihamı RUSİYA İNKAR EDİR
Rusiyanın hərbi-kosmik qüvvələrinə məxsus təyyarələri ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələrin mövqelərini bombalayıb. Bu barədə Qərb KİV-ləri amerikalıların “İslam Dövləti” terror qurplaşmasına qarşı hərbi əməliyyatlarının təşkilində iştirak edən general Stiven Taunsendin sözlərinə əsaslanaraq yazır.
Məşhur modelyer azadlıqda
Con Kerri özünə yeni iş tapdı
Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər
Daha bir təhlükəli terrorçu məhv edildi
"Diriliş Ərtoğrul" izləyicilərinə pis xəbər
"TRT 1" kanalında efirə gedən "Diriliş Ərtoğrul" serialı bu həftə yayımlanmayacaq. Bu barədə istehsalçı şirkət açıqlama verib: "Mövsüm şərtləri ilə əlaqədar olaraq çəkiliş məkanımızda yaşanan problemlər səbəbindən serialın yayımına 1 həftə fasilə vermək məcburiyyətində qaldıq.
Murad Aslıdan ayrılma xəbərinə münasibət bildirdi
Müğənni Murad Boz aktrisa sevgilisi Aslı Enverdən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, yayılan xəbərlərin yanlış olduğunu söyləyib: “Xeyr, ayrılmamışıq. Hər şey əladır. Belə dedi-qoduları kim çıxarır?”.
Sərdar Ortaçın 2 min dollarlıq velosipedi
Müğənni Sərdar Ortaçın həyat yoldaşı Kloi Louqnan ABŞ-da bir agentliklə müqavilə bağladığı üçün cütlük bir müddətdir ki, Mayamidə yaşayır. Müğənni orada olarkən qiyməti velosipedi ilə şəhəri gəzməyə çıxıb. Müğənni velosipedinin qiymətinin 2 min dollar olduğunu bildirib.














