Daha bir təhlükəli terrorçu məhv edildi

Suriyada "Əl-Qaidə" terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.

Onun İdlib şəhəri yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürüldüyü bildirilir.

Məlumata əsasən, 59 yaşlı terrorçu "Əl-Qaidə" terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada "Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumun təşkilatçısı olduğu qeyd olunur. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31