Dünya
Məşhur cütlük ayrıldı
Müğənni Keti Perrinin və aktyor Orlando Blumun ayrılması haqqında yenidən xəbərlər yayılıb. Bir neçə gün əvvəl "Oskar" mükafatlandırma mərasimində kameralar qarşısına çıxan cütlüyün bunu sadəcə görüntü üçün etdikləri deyilir.
“YouTube”da efir telekanallarına baxmaq mümkün olacaq
“YouTube” istifadəçiləri tezliklə otuzdan çox telekanala birbaşa efirdə baxa biləcəklər. “Google” şirkətinə məxsus servisin baş direktoru Syuzan Voyjiski xidmətin pullu olacağını və abunə ilə təqdim ediləcəyini bildirib.
“Sailfish OS” əməliyyat sistemi təqdim olunub
Finlandiyanın “Jolla” şirkəti Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində əsasında “Sony Xperia X” seriyasından olan qurğuların işləyəcəyi “Sailfish OS” əməliyyat sistemini nümayiş etdirib.
Fərdi kompüter qurğuları bazarında azalma gözlənilir
“IDC” analitik şirkətinin ekspertləri özündə ənənəvi fərdi kompüterləri (masaüstü, noutbuk və işçi stansiyalar, həmçinin planşetlər) birləşdirən qlobal fərdi kompüter (FK) qurğuları bazarında azalma proqnozlaşdırırlar.
Müğənni həyat yoldaşının xəyanətini unutmadı
Həftə sonu Ataşehirdə bir məkanda konsert verən Zuhal Olcay səhnədən keçmiş yoldaşı Haluk Bilginerə xəyanət mesajı verib.
34 yaşlı Aygül sevgilisini ürəyindən bıçaqlayıb öldürdü
Türkiyədə, Antalyanın Manavqat mahalında qırğız əsilli 34 yaşlı Aygül Nurbek spirtli içki qəbul edərkən mübahisə etdiyi 31 yaşlı sevgilisi Salim Sarıkayanı ürək, sinə altı və qolundan bıçaqlayıb.
Tehranda DƏHŞƏTLİ QƏZA - Ölənlər və 90-a yaxın yaralı var
İranın paytaxtı Tehranda qəribə yol-nəqliyyat hadisəsi baş verib. İnsident Tehranın cənubunda Moləvi küçəsində evsizlərin toplaşdığı ərazidə baş verib.
Çində uraqan - Ölənlər var
Çinin Tszyansu əyalətində uraqan 2 nəfərin həyatına son qoyub. Güclü uraqan nəticəsində daha 22 nəfər xəsarət alıb. Küləyin sürəti saniyədə 27 metrə çatıb. Dolu yağışı ilə müşayiət olunan uraqan evlərin damını uçurub. dağıntılara səbəb olub. Çin Hidrometeorologiya İdarəsi güclü küləyin yaxın sutka ərzində davam edəcəyi barədə xəbərdarlıq edib.
ABŞ-da güclü zəlzələ
ABŞ-ın Alyaska ştatının Aleut adalar qrupuna daxil olan Amlya adasında 5,5 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların mərkəzi Atka şəhərindən 58 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 59 km dərinlikdə olub. Xəsarət və dağıntılar barədə informasiya verilməyib.
Diktatorun qardaşını öldürənlər tanınmaz hala düşdülər - VİDEO
Şimali Koreya lideri Kim Çen Inin ögey qardaşı Kim Yong Namın Malayziya hava limanında öldürülməsi ilə əlaqədar təqsirləndirilən iki qadın ilk dəfə məhkəmə qarşısında çıxarılıb. Mühakimə olunan Siti Aisyah və Doğan Si Huong adlı qadın polislərin müşayiəti ilə əlləri qandallı halda məhkəməyə gətiriliblər.
Mikroavtobus dərəyə aşdı - ailənin 18 üzvü öldü
Boliviyada baş verən yol qəzasında eyni ailəyə mənsub olduğu bildirilən 17 nəfər ilə birgə mikroavtobus sürücüsünün həyatını itirdiyi bildirilir.
Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs olunub
Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və ərzaq təminatı xidmətinin rəisi saxlanılıb. Hərbi hissə komandirinin müavini V. Petrosyan və xidmət rəisi E. Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.
Rusiyada bankda PARTLAYIŞ
Kalininqrad ətrafında yerləşən Baltiysk şəhərində martın 1-də "Sberbank"ın yerli bölməsinin binasında partlayış olub. Bunu bankın regional bölmənin baş ofisindən bildiriblər. Məlumata görə, xəsarət alan olmayıb, bankdan pul itməyib. Güc strukturları hadisə ilə bağlı rəsmi açıqlama verməkdən hələlik imtina edirlər.
Rusiya Ermənistandakı hərbi bazasını həyəcan siqnalı ilə ayağa qaldırdı
Rusiya "Cənub Hərbi Dairəsinə" məxsus Ermənistan ərazisində yerləşmiş hərbi bazasını "həyəcan siqnalı " ilə təlimə qaldırıb. Qeyd olunur ki, Rusiya hərbi bazasının bölmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb. Politoloq Məhəmməd Əsədullazadə “OLAYLAR”-a bildirib ki, Qarabağda gərginləşən hərbi vəziyyət fonunda Rusiyanın Ermənistandakı hərbi təlimləri təsadüfi deyil: “Ötən il aprel toqquşmalarında Rusiya analoji addımı Azərbaycanın şimalında Dağıstanla sərhəddə "Cənub Hərbi Dairəsinə" bağlı qoşunlarını təlimə çıxartmaqla etmişdi.
İŞİD lideri tərəfdarlarını dağlara çəkilməyə çağırıb
İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi tərəfdarları üçün vida nitqi ilə çıxış edib. Bu barədə “Alsumaria” televiziyası məlumat yayıb. Bağdadi son döyüşlərdə İŞİD-in məğlub olduğunu etiraf edərək tərəfdarlarını İraqın Naynava vilayətindəki dağlıq zonada gizlənməyə çağırıb.














