Dünya
Kravçuk: “Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın 300 yaşı var”
Ukraynanın birinci prezidenti Leonid Kravçuk hesab edir ki, Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurmanın təməli 300 il bundan öncə qoyulub. Eks-prezident bunu “112” TV kanalına müsahibə verərkən deyib.
157 məhbus əfv edildi - Gürcüstanda
Gürcüstan Prezidentinin fərmanı ilə 157 məhbus əfv edilib. Əfv olunanlar arasında qadınlar və yetkinlik yaşına çatmyan bir uşaq da var. Ölkənin Əfv komissiyası 890 məhbusun müraciətini nəzərdən keçirdikdən sonra əfv qərarı verilib. Bundan başqa, daha 64 məhbusun cəza müddəti azaldılıb.
Rusya və Çin hökumətləri veto qoydu Birləşmiş Millətlər Təşkilatı
Dünən BMT-nin Təhlükəsizlik Şurasının iclası baş tutub. Cenevrədə keçirilən iclasda Moskva tərəfi yeddinci vetonu qoyaraq, Suriyaya müdaxilə olunma qərardadını, qərar olmaqdan çıxarıb.
Obamalara 60 milyonluq təklif
Səkkiz il Amerikanın prezidenti olan Barak Obama və həyat yoldaşı Mişel Obamaya yazacaqları kitab üçün 60 milyon dollar təklif olunur. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, mətbuatın davamlı izlədiyi Obama ailəsinə nəşriyyat evləri təkliflər yağdırır. Obama bundan öncə çap olunan 3 kitabını Penguin Random House nəşriyyat evində çap edirib. Verilən məlumata görə, Obama bu dəfə də Penguin Random House nəşriyyat evinə sadiq qalacaq.
Milyonçular niyə qaçırlar? - ARAŞDIRMA
Yaxın Şərq və Şimali Afrika ölkələrindən Afrikaya miqrantların axını, ABŞH-da Donald Trampın prezident seçilməsi, Türkiyədə terror aktları, Avropa Birliyi ölkələrində ifrat sağçıların mövqelərinin möhkəmlənməsi... Bütün bunlar qlobal miqyasda yeni situasiyanın yaranmasına, "milyonçu miqrasiyası"na səbəb olub.
Erməninin obyektinə "Allahu Əkbər" sədaları altında hücum edildi - VİDEO
Rusiyanın İrkutsk şəhərində ermənilərin restoranına silahlı basqın edilib. Hücum edənlər İnquşetiya respublikasının vətəndaşları olub. Restoran sahibinin sözlərinə görə, hücuma səbəb bir neçə inquşun restorana buraxılmaması olub. Restoranın işçisi Qarik Aqaranyan restorana sərxoş gələn şəxsləri içəri buraxmayıb. Bir müddət sonra isə 40 nəfər şəxs restorana basqın edib. Baş verən kütləvi davada 28 yaşlı Qarik Aqaranyan aldığı güllə yarasından həlak olub. Restoran sahibi Roman Aqqoranyan əvvəlcə restorana terrorçuların hücum etdiyini zənn edib.
Qırğızıstan Prezidenti Administrasiyasına YENİ RƏHBƏR - 39 yaşı var
Qırğızıstan Prezidenti Almazbek Atambayev öz administrasiyasına yeni rəhbər təyin edib. Prezident Administrasiyasının yeni rəhbəri 39 yaşlı Sapar İsakov olub. O, bundan əvvəl administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Şok kadrlar: xəstəxanada ölü uşağın ruhu dolaşır - VİDEO
Dəhlizdə görünən qaraltının fiqur, yaxud optik illüzyia olduğunu araşqdırırıq. İstənilən halda bu olaya başdansovdu yanaşmaq niyyətində deyilik. Məsələ çox böyüyüb və həqiqətin üzə çıxarılmasına ehtiyac duyulur.
İnkassatora silahlı hücum - 22 yaşlı qadın saxlanıldı
İranda inkassator maşınından pul oğurlanıb. Hadisə ötən həftə Tehran şəhərində baş verib. İranın "Pasarqad" bankına məxsus inkassator maşına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri "Kalaşnikov" avtomatları ilə sürcünü hədələyərək 900 milyon tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.
Tramp bu ölkəni immiqrasiya fərmanındakı ölkələr siyahısından çıxaracaq
ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya fərmanında İraqı ölkələr siyasından çıxaracaq. Trampın ABŞ-ın terrorizmdən müdafiəsinə dair fərmanı radikal islamçıların ölkəyə daxil olmamağı xarakterini daşıyır.
16 dəqiqə ərzində 8 yeraltı təkan
Türkiyənin Çanakkalə bölgəsinin Ayvacık qəsəbəsində bir dəqiqə ara ilə 4,9 və 4 bal gücündə şiddətli zəlzələ olub. “ Olaylar” “Milliyet” - ə istinadən xəbər verir ki, Çanakkalə və Balıkəsir bölgəsinin sakinləri sosial şəbəkələrdə yaşadıqları qorxunu paylaşıblar.
“Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər”
“Yaz aylarında Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər”. Bunu “Jamanak” qəzetinə müsahibəsində Karneqi Fondunun Cənubi Qafqaz üzrə baş eksperti Tomas de Vaal deyib. O bildirib ki, bu əməliyyatlar təmas xəttində gərginliyə səbəb ola bilər. Ekspert hesab edir ki, vəziyyətin gərginləşəcəyi təqirdə Rusiya ən təsirli oyunçuya çevriləcək.
Rusiyalı politoloq: "Donetsk paytaxt elan edilir..."
Moskva taktikanı dəyişir, Kremlin Ukrayna ilə bağlı iki variantı var. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski bildirib. "Belə görürəm ki, Moskva Ukrayna ilə münasibətlərində taktikanı açıq şəkildə dəyişdirir. Rusiyanın Ukrayna strategiyası 25 il ərzində ona görə dəyişmədi ki, Ukraynanı tabe etmək, Avropa seçimini bloklamaq əsas hədəf idi. Amma bu hədəfin nailiyyəti üçün vasitələr dəyişirdi. 2014-cü il olaylarından sonra məlum oldu ki, Rusiya Ukrayna ilə tammiqyaslı müharibəyə hazır deyil", - Piontkovski qeyd edib.
Ermənilər müharibə vahiməsindən çıxa bilmirlər- TƏLAŞ
Ermənistan və Qarabağdakı erməni ictimai rəyində müharibə vahiməsi yaşanır. Belə ki, erməni KİV-ləri son günlər məhz bu məsələ ətrafında çoxsaylı yazılar dərc edir, açıqlamalara və rəylərə əsas səhifələr ayırırlar.
İrəvanda mitinqdir: “Əraziləri qaytar, münaqişəni həll et” – Sarkisyana QARABAĞ TƏLƏBİ
Bu gün saat 18:00-da "Erməni Milli Konqresi" İrəvanda mitinq keçirəcək. Mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.














