Müğənni həyat yoldaşının xəyanətini unutmadı

Həftə sonu Ataşehirdə bir məkanda konsert verən Zuhal Olcay səhnədən keçmiş yoldaşı Haluk Bilginerə xəyanət mesajı verib.

Həftə sonu Ataşehirdə bir məkanda konsert verən Zuhal Olcay səhnədən keçmiş yoldaşı Haluk Bilginerə xəyanət mesajı verib. "Dünəndən sonra, sabahdan əvvəl" mahnısını ifa etməmişdən əvvəl maraqlı bir açıqlama edən Olcay "İndi söyləyəcəyim mahnının bir hekayəsi var, mən də yaşadım. Həqiqətən, çox qeyri-adi bir hekayədir. Çox az insanın xoşuna gəlir. Bir qadın və bir kişi bir-birini çox sevir, aşiq olur və evlənirlər. Aradan bir neçə il keçdikdən sonra kişi gənc bir qadına aşiq olur" deyib.
 Məşhur müğənni və aktrisanın bu sözlərinin 2004-ci ildə "xəyanət" səbəbiylə boşandığı iddia edilən Haluk Bilginerə atmaca olduğu güman edilib.

Qeyd edək ki, 2004-cü ildə Olcaydan ayrılan Haluk Bilginer 2006-ci ildə Aşkın Nur Yengi ilə evlənmişdi. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31