İŞİD-in yeraltı bazası tapıldı

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının daha bir təlim-məşq bazası aşkarlanıb. Terrorçuların illərdən bəri nəzarətdə saxladıqları Mosul şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı aşkarlanan baza şəhərin cənubundadır.

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının daha bir təlim-məşq bazası aşkarlanıb. Terrorçuların illərdən bəri nəzarətdə saxladıqları Mosul şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı aşkarlanan baza şəhərin cənubundadır. 2014-cü ildə İŞİD-in əlinə keçmiş Mosuldakı bu baza yerin altında, bunkerlərdədir. Çox ciddi möhkəmləndirilmiş bazaya giriş tunel vasitəsilədir. İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu yeraltı bazada İŞİD-in "mühacir"ləri, yəni xarici ölkələrdən İŞİD-ə qatılan terrorçular hazırlıq keçirdilər. Milli.az Al Arabiya-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31