Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər

Avropa Parlamentinin prezidenti Antonio Tayani Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin tətbiqini nəzərdə tutan sazişi imzalayıb.

İmzalanma mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, xarici işlər naziri Mixail Canelidze və digər rəsamilər iştirak ediblər.

Bu, Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələrinə vizasız gediş-gəlişini təmin edən son prosedurlardan biridir.

Saziş bir neçə gün ərzində Aİ-nin rəsmi jurnalında dərc olunacaq. Bundan 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Beləliklə, martın sonundan etibarən Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gediş-gəliş əldə edəcəklər. Trend "Georgia-Online" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31