Dünya

"Eurovision"da növbəti qalmaqal

4 Aprel 2017 18:35

Ukraynanın ictimai televiziyasının müşahidə şurası Avropa yayım birliyini ölkənin daxili işlərinə qarışmamağa, ölkənin suverenliyinə hörmət etməyə çağırıb. Rəsmi Kiyev AYB-nin baş katibi İnqrid Deltenrenin Rusiya təmsilçisinin yarışmaya buraxılmayacağı təqdirdə "Eurovision"u boykot etməsi haqda açıqlamasına münasibət bildirib.

Sankt-Peterburqdakı terror aktını  Daşnaksütyun Partiyası törədib

4 Aprel 2017 17:35

Rusiyanın şimal paytaxtı Sankt-Peterburq metrosunda baş verən terror aktında 14 nəfərin öldüyü, 50-dən artıq şəxsin yaralandığı bildirilir. Hazırda terror aktını törədən şəxsin kimliyi müəyyən edilsə də bu aksiyanın  nə səbəbdən və hansı terror qruplaşması tərəfindən sifariş edildiyi barədə müxtəlif versiyalar səsləndirilir.

ŞOK: Türkiyədə çevriliş cəhdindən öncə ABŞ hərbi texnika göndərib

4 Aprel 2017 16:42

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Akıncı hərbi bazası iddianaməsində yeni bir detal ortaya çıxıb.  İddianəmədə ABŞ-ın Akıncı bazasına çevriliş cəhdindən öncə silah-sursat göndərdiyi məlum olub.

Arzu oteldə gördüyü hadisəyə görə hovuzda öldürüldü - "Qrup seks" İDDİASI

4 Aprel 2017 16:34

2010-ci ildə lüks hotelin hovuzunda ölü tapılan tələbə Arzu Çubukçunun cəsədinin ikinci dəfə yarılmasından sonra cinayət şübhəsi ortaya çıxıb.

Suriyada kimyəvi silah hücumu: 58 ölü, 215 yaralı

4 Aprel 2017 16:21

Suriyada rejim qüvvələri İdlib vilayətində müxalifət qüvvələrinə qarşı hava əməliyyatının gedişatında kimyəvi silahdan istifadə edib.

Rusiya Ukraynaya pul köçürmələrini məhdudlaşdırıb

4 Aprel 2017 16:20

Rusiya prezidenti Vladimir Putin RF-dən Ukraynaya xarici ödəniş sistemləri vasitəsilə pul köçürmələrinin qadağan olunması barədə qanun imzalayıb. Düzəlişlərin edilməsi ilə hər hansı xarici ölkə tərəfindən Rusiyanın ödəniş sistemlərini məhdudlaşdıran addımlar atılarsa, Rusiyadan bu ölkəyə pul köçürmələri ancaq Rusiya tərəfindən nəzarət olunan sistemlərlə həyata keçiriləcək.

Ərdoğan Putinə başsağlığı verdi

4 Aprel 2017 16:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar başsağlığı məktubu göndərib. Başsağlığı məktubunda R.T.Ərdoğan Türkiyənin Rusiya ilə bu cür aktlara qarşı həmrəy olduğunu bəyan edib: "Bizim ölkəmiz uzun illərdir ki, terrorçuluğa qarşı mübarizə aparır. Biz qətiyyətlə bu hücumu pisləyirik".

Dmitri Peskov: "Putinin səfəri zamanı şəhərdə terror hücumunun olması düşünməyə məcbur edir"

4 Aprel 2017 15:53

"Terror aktının Rusiya prezidentinin Sankt-Peterburqda olduğu müddətdə törədilməsi faktının özü düşünməyə məcbur edir".

"Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib"

4 Aprel 2017 15:48

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonun Rusiya haqqında dialoquna ironiya ilə cavab verib.

Rusiya Statistika İdarəsi ləğv edilib

4 Aprel 2017 15:33

Rusiya Statistika İdarəsi (Rosstat) ölkə Prezidenti Vladimir Putininin bugünkü fərmanı ilə ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verilib. 

Putin rüşvətlə tutulan məmuru işdən qovdu

4 Aprel 2017 15:17

Rusiya prezidenti Vladimir Putin Udmurtiyanın başçısı Aleksandr Solovyovun vəzifəsindən kənarlaşdırılması barədə fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Rusiyada 2 erməni öldürülüb

4 Aprel 2017 15:15

Rusiyanın Moskva vilayətində 2 erməni avtomobilin yük yerində ölü tapılıb. “Mercedes” markalı avtomobili ötən gün axşam Razvilka qəsəbəsindəki küçələrdən birində yaşayan sakinlərdən biri evinin qarşısında aşkar edib. Avtomobilin uzun müddət evinin qarşısından dayanmasından şübhələnən yerli sakin polisə xəbər verib.

Moskva metrosunda şübhəli çanta tapıldı - Qatar depoya göndərildi

4 Aprel 2017 15:06

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarında şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib. Bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Bəşər Əsəd ailəsinə BÖYÜK ŞOK

4 Aprel 2017 14:58

İspaniya Ali Məhkəməsi, Suriya prezidenti Bəşər Əsədin ailəsinin bu ölkədəki var-dövlətinə həbs qoyub. Ali Məhkəmə Əsədin əmisi Rifat əl-Əsəd haqqında İspaniyanın cənubundakı cinayət təşkilatları üçün pul ayırdığı iddiasıyla istintaqa başlayıb.

Türkiyəni qana boyamağı planlaşdıran çeçenlər tutuldu

4 Aprel 2017 14:45

Suriya-Türkiyə sərhədində Çeçenistan Respublikasının sakinləri saxlanılıb.  Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.