ŞOK: Türkiyədə çevriliş cəhdindən öncə ABŞ hərbi texnika göndərib
Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Akıncı hərbi bazası iddianaməsində yeni bir detal ortaya çıxıb. İddianəmədə ABŞ-ın Akıncı bazasına çevriliş cəhdindən öncə silah-sursat göndərdiyi məlum olub.
4 Aprel 2017 16:42 DünyaTürkiyədə hərbi çevrilişə cəhdlə bağlı Akıncı hərbi bazası iddianaməsində yeni bir detal ortaya çıxıb. İddianəmədə ABŞ-ın Akıncı bazasına çevriliş cəhdindən öncə silah-sursat göndərdiyi məlum olub.
Kayseridən qalxan 2 nömrəli yük təyyarəsində yükləmə texniki vəzifəsini icra edən Sinan Sarının ifadəsinə diqqət yönəlib.
Sarı ifadəsində: "Bayramın birinci günü - yəni 5 iyulda səlahiyyətli şəxs kimi ABŞ-ın "Mc Guire" meydanına getdim. ABŞ-dan aldığımız silah-sursat və hərbi texnikanı Ankara Akıncı Hava Limanına endirdik. Burada texnikanı təhvil verdikdən sonra hərbi hava bazasına qayıtdıq", deyib. Milli.az Türkiyə KİV-inə istinadən xəbər verir.