Dünya
Qırğızıstan XİN başçısı: Terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğu təsdiqlənib
Rusiya və Qırğızıstan xarici işlər nazirləri Sankt-Peterburqda törədilən terror aktının icraçısı ilə bağlı məsələsini müzakirə ediblər. Bu barədə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Terror baş vermiş metro stansiyası yenidən bağlandı
Sankt-Peterburq metropoliteninin "Sennaya ploşad" stansiyası bağlanıb. Buna səbəb partlayış təhlükəsi barədə anonim zəng olub.
Parlament seçkiləri, yoxsa seçki hərracı?
Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəicələrinə görə hakim Respublika Partiyası qalib hesab olunub. Məlumata görə, sözügedən partiya seçicilərin böyük əksəriyətinin səsini toplayıb.
Rusiyada daha bir terror
Ötən gün Rusiya metroda baş verən terror hadisəsini şokunu yaşayarkən, bu bün Astarxanda daha bir terror hadisəsi yaşanılıb. “Olaylar” “Huriyyet” - ə istinadən bildiri ki, Astarxanda polis maşınına silahlı hücum edilib. Hücum nəticəsində iki polisin şəhid olduğu bildirilir. Verilən ilkin məlumata əsasən silahlı hücumu bir qrup radikal İslamçı qüvvələr həyata keçirib.
Türk gəmiləri Odessada
Ötən gün Türkiyə Hərbi Dəniz Donanmasının gəmiləri Ukraynanın Odessa limanına gəliblər. QazıAntep gəmisi ilə Heybəliada korfezi Odessada iki gün qonaq olacaqlar. Gəminin komandan heyyəti Odessa qubernatorunu və Ukrayna donanmasının qəraqagahını ziyarət ediblər. Zabitlər Ukraynalı həmkarları ilə birgə Odessa ilə tanış olublar. Gəmilər saat 14-00 ilə 16-00 radələrində şəhər sakinlərinin ziyarətinə açıq olacaq. Səfərin aprelin 5 – də başa çatacağı gözlənilir.
Türkiyədə növbəti terror
Türkiyədə növbəti terror hadisəsi baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Türkiyənin Şırnak vilayətində Qabar dağı adlanan bölgədə terrorçuıarın yerləşdirdiyi, uzaqdan idarə olunan əl bombasının partlaması nəticəsində 3 əsgər şəhid olub, 5 əsgər isə ağır yaralanıb. Şırnak valisinin açıqlamasında əməliyyatlar zamanı 5 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Boğaz bağlandı
İstanbul boğazı qalın duman təbəqəqəsi səbəbi ilə bu gecə saat 01-00 radələrindən etibarən gəmi keçişlərinə bağlanıb. İstanbul Liman Müdirlüyündən verilən açıqlamaya görə boğazın görüş məsafəsi zəif olduğu səbəbi ilə iki tərəfli şəkildə gəmi keçişlərinə bağlanıb. Yerli Dəniz Nəqliyyat Rəhbərinin 21- ci maddəsinə görə, boğaz fiziki imkanlrı olmadığı halda müvəqqəti bağlana bilər. Sadəcə insanlara xəbərdarlıq verilməlidi. Boğaz yolunun saat 10:30 radələrində açılacağı ehtimal edilir.
Suriya müxalifəti: Əsəd ordusu kimyəvi silahdan istifadə edib, 43 nəfər ölüb
Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib. Bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat “Anadolu” agentliyinə açıqlamasında deyib. O bildirib ki, Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə 43 mülki şəxs ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.
Rusiyanın Udmurtiya Respublikasının rəhbəri 140 milyon rubl rüşvət almaqda günahlandırılır
Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov 140 milyon rubl məbləğində rüşvət almaqda günahlandırılır. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. O deyib ki, A. Solovyov haqqında yüksək miqdarda rüşvət almaq maddəsi ilə cinayət işi açılıb.
Ohanyan "İqla" əməliyyatına görə dindiriləcək
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalif "ORO" ittifaqında iştirakı, hakimiyyətin təhdidlərinə baxmayaraq namizədliyini geri götürməməsi onun işini çətinləşdirib.
20 yaşlı qız keks yeyərkən boğulub öldü - Atası terror qurbanı olub
20 yaşlı Caitlin Nelson keks yeyərkən boğulub ölüb. O, Amerikadakı "Sacred Heart University"də təşkil olunan yemək müsabiqəsində iştirak edən zaman boğazında ilişən keksə görə nəfəs ala bilməyib. Caitilinin əziyyət çəkdiyini görən dostları ilk yardım göstərib, xəstəxanaya çatdırıblar. O, iki gün sonra xəstəxanada dünyasını dəyişib.
Toğrul Allahverdili: “Hansısa qüvvələr Rusiyada aranı qatmaq istəyirlər”
“Biz Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası və Rusiyada yaşayan Azərbaycanlılar olaraq Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən terror aktını pisləyirik”. Bunu Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.
Burak və Fahriye iyunda evlənəcəklər
Martın əvvəlində Almaniyada nişanlanan aktrisa Fahriye Evcen və aktyor Burak Özçivitin toy tarixi bəlli olub. "Çalıkuşu" serialında tanış olduqdan sonra sevgi yaşayan cütlüyün toyu iyunda baş tutacaq.
Rusiyada polislərin güllələndiyi an - VİDEO
Rusiyanın Həştərxan vilayətində Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının güllələnərək öldürüldüyü anın videosu yayılıb. Bu gün gecə saatlarında polis əməkdaşları Həştərxan vilayətində baş vermiş avtoqəzanı rəsmiləşdirmək üçün hadisə yerinə çağırılıblar.
Türk əsgərlər pusquya düşdü: yaralılar var
Şırnakda Küpeli dağında həyata keçirilən əməliyyatlar çərçivəsində türk əsgərlər terrorçuların pusqusuna düşüblər. Əraziyə döşənilən kustar üsulla hazırlanmış patlayıcının partlaması nəticəsində, ilkin məlumatlara görə, 7 əsgər yaralanıb.














