Dünya

Ərəb qadının vəhşi davranışı: yardım əvəzinə VİDEO

4 Aprel 2017 11:17

Küveytin paytaxtı Əl Küveytdə 28 yaşlı qadın həbs olunub. O, pəncərədən yıxılan və əli ilə yapışaraq imdad diləyən qulluqçusuna yardım etmək əvəzinə, smartfonla onun videosunu çəkib.

Azərbaycanlı sürücülər Dağıstandakı vəziyyət haqda: "Bu, müharibədir..." 

4 Aprel 2017 11:14

Dağıstanda "Platon" sisteminə etiraz olaraq günlərdir tətil keçirən sürücülərin girovuna çevrilən azərbaycanlı TIR sürücüləri hazırda sərhədin o tayında hökm sürən vəziyyəti "müharibə" ilə müqayisə edirlər.

Peterburqdakı terrorda yaralılar arasında ermənilər də var

4 Aprel 2017 11:10

Sankt-Peterburqda baş vermiş partlayış nəticəsində xəsarət alanlar arasında ermənilər də olub.  Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan öz "Twitter" hesabında yazib. 

Sankt-Peterburq terrorunda ölənlərin sayı 14-ə çatdı

4 Aprel 2017 11:07

Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş terror hadisəsi nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 14, yaralananların sayı isə 72-dir. 

Peterburq metrosundakı terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi - YENİLƏNİB 

4 Aprel 2017 10:59

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.

Peterburqdakı terrorda şübhəli bilinən Əkbərcan Cəlilovun FOTOsu yayıldı

4 Aprel 2017 10:51

Sankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb.  Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır. İnterfax-ın məlumatına görə, adı Əkbərcan Cəlilov olan şübhəli 1995-ci il təvəllüdlüdür.

17 yaşlı amerikalı Roma papasını öldürmək istəyib

4 Aprel 2017 10:48

17 yaşlı ABŞ vətəndaşı Santon Kolon Roma papası Fransiski öldürmək istədiyini etiraf edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib. Məlumatda qeyd edilir ki, amerikalı öz planını Nyu Cersi ştatının Lindenuorld şəhərində yaşayarkən həyata keçirmək niyyətində olub. 2015-ci ilin sentyabrında Papa Pensilvaniyaya səfərə gəlməli idi. Yeniyetmə öz planını 2015-ci ilin iyunun 30-dan avqustun 24-dək yerinə yetirmək istədiyini deyib.

Sankt-Peterburq terrorunun şahidi: "Hər tərəfdə qopmuş baş var idi"

4 Aprel 2017 10:46

Sankt-Peterburq metrosundakı teraktla bağlı hadisə şahidlərinin açıqlamaları yayılıb. Anastasiya Belous adlı terakt şahidi həmin anları belə xatırlayır: "Mən cəhənnəmi gördüm. Ətraf qan içində idi. İki partlayış oldu. Birincisi "Texnologiçeskiyu institut" stansiyasında, ikinci partlayış isə "Sennaya ploşad" stansiyasında. Ətrafda çoxlu ölən və yaralılar var idi. Şok oldum!"

Çin bütün dünyanı internetlə təmin etməyi planlaşdırır

3 Aprel 2017 20:05

“Sinxua” xəbər agentliyinin məlumatına görə, Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı internetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək və belə iddialı tapşırığın öhdəsindən gələcək.

Bu il dünya informasiya təhlükəsizliyi bazarının həcmi 80 milyard dolları ötəcək

3 Aprel 2017 19:50

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada kompüter təhlükəsizliyi ilə əlaqədar avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 8,2 faiz artaraq 81,7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Yaxın illərdə illik artımın orta hesabla 8,7 faiz olmaqla bir qədər sürətlənəcəyi və 2020-ci ilədək bazarın həcminin 105 milyard dollaradək yüksələcəyi gözlənilir.

“Wi-Fi” texnologiyasını 100 dəfə sürətləndirmək üsulu tapılıb

3 Aprel 2017 19:50

“Wi-Fi” texnologiyası hazırda 2,5 və ya 5 QHs tezlikli radiosiqnallarda işləyir. Niderlandda hazırlanmış sistem dalğa uzunluğu 1500 və daha böyük nanometr olan infraqırmızı şüalanmadan istifadə edir. Bu şüalanma indi mövcud olan analoqlarını 1000 dəfə üstələyən tezlikdə (təxminən 200 THs) işləyir. Nəticədə işıq şüalanmasının tutumu kifayət qədər yüksək olur. Bu tədqiqatın müəllifi Coann O 2,5 metr məsafədə 42,8 Qbit/s sürətinə nail olub. Müqayisə üçün, Niderlandda internetə orta qoşulma sürəti 2000 dəfə azdır (17,6 Mbit/s).

Gecə elektriki generasiya edən günəş batareyaları yaradılıb

3 Aprel 2017 19:45

Çin alimləri elektrik enerjisini gecə vaxtı və pis hava şəraitində generasiya edən günəş batareyaları hazırlayıblar.