Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib

İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

APA  xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
"Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən  silahlılarla əlaqəsi olub", deyə mənbə bildirib.
 
Onun sözlərinə görə, vaqonda  200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu  bir qədər sonra "Ploşşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31