Ərəb qadının vəhşi davranışı: yardım əvəzinə VİDEO

Küveytin paytaxtı Əl Küveytdə 28 yaşlı qadın həbs olunub. O, pəncərədən yıxılan və əli ilə yapışaraq imdad diləyən qulluqçusuna yardım etmək əvəzinə, smartfonla onun videosunu çəkib.

Küveytin paytaxtı Əl Küveytdə 28 yaşlı qadın həbs olunub. O, pəncərədən yıxılan və əli ilə yapışaraq imdad diləyən qulluqçusuna yardım etmək əvəzinə, smartfonla onun videosunu çəkib.

Efiopiyadan olan mühacir qadın bir əli ilə pəncərədən asılı qalaraq qışqırır, yardım diləyirdi. Lakin ev sahibəsi yardım etmək əvəzinə baş verənləri telefonla çəkib.

Qulluqçu qadın birinci mərtəbədəki dükanın damına düşərək ağır yaralanıb. O, hazırda hospitalın reanimasiya bölməsindədir. Milli.Az Al Jazeera-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31