Peterburqda terror aktı: xəstəxanalara 51 nəfər yerləşdirilib
4 Aprel 2017 08:50 DünyaSankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirilib. APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.
"Xəstəxanalara yerləşdirilən 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda 4 qadının kimliyi məlum deyil", məlumatda deylir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova terror aktı nəticəsində 45 nəfərin yaralandığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00