Peterburqdakı terrorda şübhəli bilinən Əkbərcan Cəlilovun FOTOsu yayıldı
Sankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb. Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır. İnterfax-ın məlumatına görə, adı Əkbərcan Cəlilov olan şübhəli 1995-ci il təvəllüdlüdür.
4 Aprel 2017 10:51 DünyaSankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb. Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır. İnterfax-ın məlumatına görə, adı Əkbərcan Cəlilov olan şübhəli 1995-ci il təvəllüdlüdür.
Bundan əvvəl isə təhlükəsizlik kamerasına düşən iki şübhəlinin görüntüsü yayılıb. Birinci şübhəlinin görüntülərində qırmızı gödəkçə geyinən eynəkli gəncin belində çanta ilə gəzməsi əks olunub.
İkinci şübhəli isə uzun saqqalı olan orta yaşlı kişidir. Lakin o, özü polis məntəqəsinə gələrək hadisə ilə əlaqəsinin olmadığını söyləyib.
Qeyd edək ki, dünən onun təhlükəsizlik kamerasına düşən görüntüsü "Ren TV"də "Sankt-Peterburqu qana bulayan terrorçunun fotosu" başlığı ilə yayılıb. Milli.az "Mirror"a istinadla xəbər verir.






































