Dünya

Yeni kəşf kompüter prosessorlarında inqilab edəcək

3 Aprel 2017 19:40

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri prosessorların yaradılması üçün yeni üsul icad ediblər. Texnologiya sayəsində “Mur” qanununun aktuallığını uzun müddət saxlamaq mümkün olacaq.  

Fəlakət böyüyür! Hər yeri ilanlar bürüdü

3 Aprel 2017 19:36

Avstraliyanın iki əyalətini təsiri altına alan "Debbie" qasırğasından sonra baş berən sel ölkədə həyatı iflic edib. Keçən günlərdə sel sularının şəhər mərkəzinə qədər gətirdiyi köpək balıqlarından sonra indi də ilanlar evlərə qədər girməyə başlayıb.

Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: "Dərmansız..."

3 Aprel 2017 19:30

Dırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.

Ərəblər Tuba və Kıvançı seçdi

3 Aprel 2017 19:20

Səudiyə Ərəbistanında bir şirkət ötən ilin ən yaxşılarını seçib. Anketdə ən yaxşı türk aktyor və aktrisa da seçilib.  Bu kateqoriyalar üzrə ən çox səsi Tuba Büyüküstün və Kıvanç Tatlıtuğ toplayıb. 

"İstanbullu gəlin"də gözlənilməz dəyişiklik

3 Aprel 2017 19:16

Baş rollarında Özcan Dəniz və Aslı Enver çəkilən "İstanbullu gəlin"də gözlənilməz dəyişiklik olub. Star TV-də yayımlanan ekran işinin ssenarisini 7-ci seriyadan sonra Dəniz Akçay və onun komandası yazacaq.  İlk altı seriyanı isə Ali Aydın və komandası yazmışdı.

Yumşaq robotlar məsafədən idarə olunacaq

3 Aprel 2017 19:10

Şimali Karolina Universitetinin alimlər qrupu yumşaq robotları maqnit sahəsi vasitəsilə məsafədən idarə edərək yeni üsul kəşf edib. Robotun bədəninə maqnit sahəsinin təsiri ilə öz-özünə yığılaraq zəncir kimi düzülən miniatür hissəciklər quraşdırılır. Bunun sayəsində robotlara maksimal sadə quruluşda yeni mürəkkəb funksiyalar tapşırmaq olar. Belə robotların əksər sahələrdə - biotibbi texnologiyalardan və dərman preparatlarının çatdırılması sistemlərindən tutmuş, aerokosmik sənayeyədək praktiki tətbiqi mümkündür. 

“HTC U” bu ay nümayiş olunacaq

3 Aprel 2017 19:05

Ötən il “HTC” şirkətinin korpusunun kənarı sensorlu olmaqla yeni idarəetmə növü ilə seçiləcək “Ocean” adlı yeni smartfonu haqqında məlumat yayılmağa başlayıb. Videoçarxda imkanları nümayiş olunan qurğunun “HTC U” smartfonu kimi bu il təqdim ediləcəyi və Tayvan istehsalçısının 2017-ci il üçün əsas qabaqcıl modeli olacağı gözlənilir.

Ekspert: Ermənistan hakim partiyasının seçkidə qələbə qazanması xalqa heç bir xeyir verməyəcək

3 Aprel 2017 18:51

Ermənistanda parlament seçkilərində hakim Respublika Partiyasının qələbə qazanması bu ölkənin xalqına heç bir xeyir verməyəcək.

Peterburq metrosunda həlak olanların yaxınlarına 2 milyon TƏZMİNAT

3 Aprel 2017 18:25

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların yaxınlarına 2,025 milyon rubl dəyərində maddi təzminat veriləcək. Hadisə nəticəsində yaralananlara isə xəsarət dərəcələrindən asılı olaraq 2 milyon rubladək təzminat ödəniləcək.

İŞİD Mosulda canlı qalxanlardan necə istifadə edir?

3 Aprel 2017 18:05

İraq hərbi qüvvələrinin Mosul üzrə helikopter əməliyyatlarını müşahidə etməyə icazə verilən BBC müxbiri Nafiseh Kohnavard və prodüser Joe Inwood özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın döyüş zamanı uşaqlardan canlı qalxan kimi istifadə etdiyini görüblər.

Rusiyaya eyni vaxtda ikinci hücum - Səfirlik raket atəşinə tutuldu

3 Aprel 2017 17:50

"Əl Məsdar"-ın xəbərinə görə, Sankt Peterburqdakı partlayış ilə eyni vaxtda, Şamdakı Rusiya səfirliyinə raket atılıb.  "Əl Məsdar"ın Şam müxbiri İbrahim Joudehin verdiyi məlumata görə, Rusiya səfirliyinə doğru ən az 20 top və raket atılıb. Bu ağır hücumda heç kim yaralanmayıb.

Sankt-Peterburqun bütün metrostansiyaları bağlandı

3 Aprel 2017 17:49

Sankt-Peterburqun iki metrostansiyasında - "Sennaya ploşad" və "Texnologiçeskiyu institut" stansiyalarında baş vermiş partlayışlarla bağlı şəhərin bütün metrostansiyalarının giriş-çıxışı bağlanılıb. 

"İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar" - Sankt-Peterburqdakı teraktın şahidi

3 Aprel 2017 17:48

Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində, iki stansiyada törədilmiş teraktın şahidlərindən biri partlayış zamanı vaqonda olduğunu deyib. "Bumaqa" bildirir ki, şahid deyib: "Qəflətən partlayış oldu, diksindik. "Sennaya Ploşad" meydanından "Texnoloqiçeskiy İnstitut" stansiyasına vaqonda gedirdim. Qonşu vaqonda işıq söndü. Amma qatar dayanmadı, hərəkətə davam etdi. Qatar stansiyada dayandı. İnsanlar sınmış pəncərələrdən çölə çıxdılar".

Rusiya Baş Prokurorluğu: Peterburq metrosunda terror aktı baş verib

3 Aprel 2017 17:45

Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır. Bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar. Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. 

Baş konsul: Rusiyada metroda azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb

3 Aprel 2017 17:44

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu metroda baş vermiş partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Baş konsulun sözlərinə görə, hazırda qurumun əməkdaşları yerli hakimiyyət orqanları ilə daimi təmasdadır. Bunu Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov deyib.