Rusiya Baş Prokurorluğu: Peterburq metrosunda terror aktı baş verib

Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır. Bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar. Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. 

Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır. Bunu "Rossiya 24" telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar. Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb. 

Qeyd edək ki, Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31