Peterburq metrosundakı terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi - YENİLƏNİB
Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib.
4 Aprel 2017 10:59 DünyaAzərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib. Bu barədə özəl olaraq Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
S.Qasımov bildirib: "Dilbarə Əliyevanın ölümü haqqında məlumatı səhər saatlarında aldıq. Hazırda xəstəxanaya gedirik".
Baş konsulun sözlərinə görə, partlayış zamanı xəsarət alan azərbaycanlının vəziyyəti isə stabildir: "O, hələ xəstəxanadadır".
Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib. Trend.az
***
Terror nəticəsində dünyasını dəyişən azərbaycanlı qızın adı Əliyeva Dilbarə olub.
20 yaşlı qız Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhəridə Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Diaspor fəalının sözlərinə görə, mərhumə aprelin 4-də, saat 10:00-da son mənzilə yola salınacaq. Diaspor.az
***
Sosial şəbəkələrdə yayılmış xəbərə görə, bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib. 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.
Xatırladaq ki, dünən yerli vaxtla sat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub, daha 30-a yaxın adam yaralanıb. Terror aktını törətmiş şəxs, ilkin məlumatlara görə, 23 yaşlı Qazaxıstan vətəndaşı Maksim Aşirevdir. Virtualaz.org