Sankt-Peterburqdakı terror aktını Daşnaksütyun Partiyası törədib
Rusiyanın şimal paytaxtı Sankt-Peterburq metrosunda baş verən terror aktında 14 nəfərin öldüyü, 50-dən artıq şəxsin yaralandığı bildirilir. Hazırda terror aktını törədən şəxsin kimliyi müəyyən edilsə də bu aksiyanın nə səbəbdən və hansı terror qruplaşması tərəfindən sifariş edildiyi barədə müxtəlif versiyalar səsləndirilir.
4 Aprel 2017 17:35 DünyaRusiyanın şimal paytaxtı Sankt-Peterburq metrosunda baş verən terror aktında 14 nəfərin öldüyü, 50-dən artıq şəxsin yaralandığı bildirilir. Hazırda terror aktını törədən şəxsin kimliyi müəyyən edilsə də bu aksiyanın nə səbəbdən və hansı terror qruplaşması tərəfindən sifariş edildiyi barədə müxtəlif versiyalar səsləndirilir. Maraqlı məqam ondan ibarətdir ki, terror hadisəsi Rusiya prezidenti Vladimir Putinin belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşü ərəfəsində baş verib. Məlumata görə, Sankt-Peterburqda törədilən terror aksiyasının sifarişçisi və təşkilatçısı erməni Daşnaksütyun Partiyasıdır. Bunun üçün kifayət qədər əsasların olduğu yayılan məlumatlar sırasındadır. Belə ki, ötən ilin aprelində erməni hərbi birləşmələrinin təxribat xarakterli hücumlarının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Məhz bu döyüş əməliyyatı zamanı rus ordusunun neytral mövqe nümayiş etdirməsi erməni diasporası, eləcə də terror təşkilatlarını əməlli-başlı əndişələndirib. Ardınca, Lukaşenkonun razılığı ilə Pyotr Paraşenkonun Azərbaycana ekstradisiyası Daşnaksütyun Partiyasını terror aksiyaları törətməyə təhrik edib. Xatırladaq ki, hər dəfə Ermənistanla bağlı baş verən arzuolunmaz hadisələr Daşnaksütyun Partiyasının aktivləşməsinə səbəb olur. Digər tərəfdən, erməni terror təşkilatları ilə əlbir olan bu siyasi qurumların metroda terror aksiyası keçirmək ənənəsi və təcrübəsi mövcuddur.
Vaxtilə Bakı metrosunun "20 Yanvar" stansiyasında da 14 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnən terror aktı həyata keçirilmiş və onun altından da erməni əli çıxmışdı. Terror aktını törətməkdə şübhəli bilinən Azər Aslanov Milil Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin birgə əməliyyatı nəticəsində Moskvada saxlanılır və o, həqiqətən də göstərişi erməni yazıçı Zori Balayandan aldığını etiraf edir. 1998-ci ildə keçirilən məhkəmədə o, bildirir ki, erməni əsirliyində olarkən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib və azad olunması müqabilində Bakı metropotenində partlayış təşkil etməsi ona təklif olunub. Bu məqsədlə həmin ilin iyunun 16-da Azər Aslanovun anası Tədjibat Aslanova Yerevana dəvət olunub və onu burda girov saxlayırlar.Azərə isə metronu partladacağı təqdirdə anasını girovluqdan azad edəcəklərini deyirlər. Beləcə, doğma anası Tədjibat və anası Azərbaycan arasında seçim edərkən Azər birinciyə üstünlük verir. Və onun bu əməli nəticəsində neçə-neçə ana öz övladını, neçə-neçə övlad öz anasını-atasını itirir. Və ən pisi, erməni öz əlimizlə özümüzü qana bulaşdırır. Azər Aslanov əmlakı müsadirə olunmaqla ömürlük həbs olunur. Ona bu tapşırığı verən Zori Balayana qarşı cinayət işi açılsa və o, beynəlxalq axtarışa verilsə də sonradan erməni tərəfinin müraciəti əsasında onun adı İnterpolun axtarışda olan şəxslərin siyahısından çıxarılır.
Cəmi 3 ay sonra Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda 13 nəfərin həlak olması, 58 nəfər yaralanması ilə nəticələnən terror hadisəsinin də məhz ermənilər tərəfindən törədilməsi faktlarla təsdiqini tapmışdı. Bundan başqa, 1989-cu ilin sentyabrında Tiflis-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun, 1991-ci ilin mayında Moskva-Bakı sərnişin qatarının, həmin ilin noyabrında içərisində görkəmli dövlət xadimlərinin də olduğu "Mi 8" helikopterinin, 92-ci ilin iyununda Bakı dəmiryol vağzalında sərnişin qatarının partladılmasında erməni siyasi qruplaşmalarının xüsusi rolu olub.