Rusiya Ukraynaya pul köçürmələrini məhdudlaşdırıb

Rusiya prezidenti Vladimir Putin RF-dən Ukraynaya xarici ödəniş sistemləri vasitəsilə pul köçürmələrinin qadağan olunması barədə qanun imzalayıb. Düzəlişlərin edilməsi ilə hər hansı xarici ölkə tərəfindən Rusiyanın ödəniş sistemlərini məhdudlaşdıran addımlar atılarsa, Rusiyadan bu ölkəyə pul köçürmələri ancaq Rusiya tərəfindən nəzarət olunan sistemlərlə həyata keçiriləcək.

Qeyd edək ki, qanun layihəsi Ukraynanın 2016-cı ilin oktyabr ayında Rusiyanın "Kolibri", "Zolotaya Korona", "Blizko", "Lider", "Unistream" və "Anelik" ödəniş sistemlərinə qoyulan qadağaya cavab addımı kimi qiymətləndirilir. Həmçinin, Ukraynada "WebMoney", "Yandeks.Dengi", "QIWI Wallet" və "Wallet One"ın "Edinıy Koşelyok" sistemlərinə qadağa tətbiq edilir.   "Report" "Rambler News Service"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31