Türkiyəni qana boyamağı planlaşdıran çeçenlər tutuldu

Suriya-Türkiyə sərhədində Çeçenistan Respublikasının sakinləri saxlanılıb.  Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.

Suriya-Türkiyə sərhədində Çeçenistan Respublikasının sakinləri saxlanılıb.  Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.

"Kilis vilayəti ərazisində Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd göstərən 18 nəfər - 10 kişi, 4 qadın və 4 uşaq aprelin 4-də saxlanılıb. Saxlanılanların arasında Çeçenistan Respublikasından gələnlər də var. Onların üzərində 1,5 kiloqram partlayıcı maddə və iki qumbara aşkar edilib", - Baş qərargahın xəbərində deyilir.

Xəbərə görə, Çeçenistan Respublikasının sakinləri terror aktı törətməyi planlaşdırırdılar. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31