Rusiya Statistika İdarəsi ləğv edilib
Rusiya Statistika İdarəsi (Rosstat) ölkə Prezidenti Vladimir Putininin bugünkü fərmanı ilə ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verilib.
4 Aprel 2017 15:33 DünyaRusiya Statistika İdarəsi (Rosstat) ölkə Prezidenti Vladimir Putininin bugünkü fərmanı ilə ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verilib. Sənəd rəsmi mətbuatda dərc olunub və imzalandığı gündən qüvvəyə minib.
Fərmanda bildirilir ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə statistika uçotu sahəsinin normativ-hüquqi və dövlət siyasətinin işlənib hazırlanması funksiyaları ötürülür. Həmçinin, "Rosstat"ın Rusiya Federasiyası hökumətinə tabeliyi ləğv edilib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31