Dünya
İŞİD polislərin evlərinə hücum etdi
İraqın paytaxtı Bağdadın şimalında terror hadisəsi nəticəsində 14 polisin, 12 sivil vətəndaşın öldürüldüyü bildirilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İŞİD terror qruplaşması paytaxtın şimalında yerləşən Tikiritdə məskunlaşan polislərin evlərinə silajlı basqın ediblər. Basqın nəticəsində 40 – dan çox yaralının xəstəxanalara yerləşdirilidiyi bildirilir.
Ağ Ev Obamanı günahlandırdı
Ötən gün Əsəd rejimi İdlibdə havaya zəhərli qaz yayaraq 100 nəfərin ölümünə və 400 nəfərin yaralanmasına səbəb oldu. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, Ağ Ev bu qətliamda Bəşər Əsədi günahlandırıb. “Qətliamda Bəçər Əsədi qınayırıq. Və düşünürük ki, bu Obama hakimiyyətinin zəifliyinin nəticəsidi.
Levon Ter-Petrosyan və Robert Köçəryan çıxdaş oldu bəs Serj Sarkisyan necə..?
“Aprelin 2-də Ermənistanda keçirilən seçkilərdəki səsvermələr yeni siyasi vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyətin daha öncəkilərdən hansı fərqlilikləri ilə seçiləcəyini isə qarşıda baş verəcək hadisələrin inkişafı göstərəcək, hansı ki, bu hadisələr mütləq dinamik xarakter alacaq – 2018-ci ildə mövcud olacaq problemlər də daxil olmaqla”. Bu şərhlə Ermənistanın müxalifətyönlü 1in.am saytının analitik bölümü çıxış edib.
"Terror aktı Kremlə bir siqnal və təzyiq vasitəsidir"
“Sankt-Peterburqda baş vermiş terror hadisəsi mənim üçün gözlənilən idi. Çünki bu gün Avropanın ayrı – ayrı şəhərlərində , Türkiyədə baş verən terror hadisələri əvvəl – axır Rusiyada da baş verməli idi. Rusiya Suriyada fəal olaraq hərbi əməliyyatlarda iştirak edir, İŞİD və digər terrorçu qruplarla mübarizə aparır. Digər tərəfdən isə, uzun müddət idi ki, Rusiyada bu dərəcədə genişmiqyaslı terror aktları baş vermirdi. Sonuncu dəfə 2013 –cü ildə Volqoqradda 32 nəfərin həyatına bayis olmuş partlayışlar baş vermişdi. Ən yeni Rusiyanın tarixinə nəzər salarkən də, biz Rusiyanın ayrı – ayrı şəhərlərində əsasən çeçen məsələsi ilə bağlı terror aktlarını görə bilərdik”. Bunu politoloq Zaur Məmmədov deyib.
Sərkisyan məhkəməyə verilə bilər
Azərbaycan dövləti Ermənistanın prezidenti Serj Sərkisyanı beynəlxalq məhkəməyə verə bilər.
Binəqədidə şəhid Emin Bağırovun il mərasimi keçirilib
Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər. Daha sonra tədbir Binəqədi qəsəbəsi, İsfahani küçəsi 2 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.
Mosul kürdlərə veriləcək?
“İraqın ərazi bütövlüyü Türkiyənin siyasətindən aslıdır”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Şimali İraqda regional Kürd muxtariyyəti məhz AKP Türkiyəsinin siyasi dəstəyi ilə müəyyən nailiyyətlər əldə edib: “Bir müddət əvvəl Bərzaninin Türkiyədə dövlət başçısı səviyyəsində qəbul edilməsi, onunla aparılan müzakirələr aparılması Kürd liderinin Ərbilə dönər-dönməz əl-qolunu açıldı və ərazilərini genişləndirməyə başladı.
Həkimin səhvinə görə bəkarətini itirən qızın nişanlısı ayrıldı, xəstəxananı məhkəməyə verdi
Rusiya üçün qəribə olay baş verib. Bəkarətini ginekoloqun masasında həkimin səhvinə görə itirən qadın xəstəxananı məhkəməyə verib. O, məhkəməni udub və 1400 manat təzminat alıb. Adı açıqlanmayan qız məhkəmədə deyib.
29 il sonra yenə insanlıq cinayəti: 100 ölü, 500 yaralı - VİDEO - FOTO
Ötən gün Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib. Nəticədə çoxunun uşaq olduğu 100 nəfər ölüb, 500 nəfər yaralanıb.
İranda zəlzələ
"WhatsApp"dan sürpriz yenilik
"WhatsApp" mesajlaşma proqramı yeni funksiyasını istifadəyə verməyə hazırlaşır. Proqram vasitəsi ilə yaxın zamanda istifadəçilər bir-birinə pul göndərə biləcəklər. Pul transferi funksiyası ilk olaraq Hindistanda test ediləcək.
73 yaşlı Nəbahat Çehrədən ÜZÜCÜ XƏBƏR
73 yaşında olmasına baxmayaraq, hər zaman baxımlı görünməyə çalışan Nəbahat Çehrə unutqanlıqdan əziyyət çəkir.
3 min 700 il yaşı olan piramidanın qalıqları tapıldı
Misirdə 3 min 700 il yaşı olan piramidanın qalıqları aşkarlanıb. Misirin Tarix Nazirliyindən verilən məlumata görə, qalıqlar Qahirədəki Dahshur antik şəhərində tapılıb.
Yıldız Tilbe Acunun təklifini rədd etdi
Müğənni Yıldız Tilbe TV8-in rəhbəri Acun İlıcalının təklifini rədd edib. Acun onu "Survivor"un "Birləşmə partisi"nə dəvət edib. Bu haqda ifaçı sosial mediada yazıb: "Çox sağ olsun, amma mən o qədər uzun müddət təyyarədə uça bilmərəm. Çox uzaqdır, 3 gün yol gedə bilmərəm.
"Facebook"da şərh yazdı - 500 min dollar cərimə edildi
ABŞ-ın Şimali Karolina əyalətində yaşayan Davin Dial adlı qadın "Facebook"da yazdığı şərhə görə cərimələnib. O, illər əvvəl oğlunu qəzada itirən bir qadına "Oğlunu özün öldürdün" yazdığı üçün məhkəməyə düşüb.














