Sərkisyan məhkəməyə verilə bilər
Azərbaycan dövləti Ermənistanın prezidenti Serj Sərkisyanı beynəlxalq məhkəməyə verə bilər.
5 Aprel 2017 12:05 DünyaAzərbaycan dövləti Ermənistanın prezidenti Serj Sərkisyanı beynəlxalq məhkəməyə verə bilər.

"OLAYLAR" -ın xəbərinə görə, belə bir açıqlama ilə hüquqşünas Rövşən Məmmədli çıxış edib. O, bildirib ki, Ermənistanda hakimiyyəti əlindən vermək istəməyən Nijdehyosun faşist düşüncəli Sərkisyan Ermənistanda hakimiyyət quruluşunu seçki saxtakarlığı ilə dəyişərək hələ uzun müddət hakimiyyətə nəzarətini təmin etdi: "Seçkiqabağı isə öz faşist sifətini göstərərək Azərbaycanı "İsgəndər"lə özünməxsus faşist ədası ilə hədələdi. Bu vandal təfəkkürlü şəxs Xocalı qətliamında iştirak etmiş əlahiddə batalyona rəhbərlik edib. Həmin insanlıq əleyhinə cinayətin bilavasitə təşkilatçısı olub.. Sonralar isə bu qanlı cinayətini dəfələrlə etiraf edib. Hətta Avropanın möhtərəm qurumlarında belə bunu deməkdən çəkinməyərək bildirib ki,azərbaycanlılar Xocalı hadisəsinə qədər inanmırdılar biz onlara belə ağır zərbə vurarıq". Hüquqşünas deyib ki, Sərkisyanın Azərbaycana qarşı törədilən çoxlu cinayətlərdə bilavasitə iştirakı olub: "Bütün bunları toplayıb onun haqqında ittiham hökmü çıxarılması üçün beynəlxalq məhkəməyə verilməsi vacibdir.Əgər belə olarsa başqaları üçün də bu ibrət olar. Həmçinin Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tamamilə haqsız tərəf, günahkar, işğalçı dövlət olduğu bütün dünyaya bəlli olar".