Mosul kürdlərə veriləcək?

“İraqın ərazi bütövlüyü Türkiyənin siyasətindən aslıdır”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Şimali İraqda regional Kürd muxtariyyəti məhz AKP Türkiyəsinin siyasi dəstəyi ilə müəyyən nailiyyətlər əldə edib: “Bir müddət əvvəl Bərzaninin Türkiyədə dövlət başçısı səviyyəsində qəbul edilməsi, onunla aparılan müzakirələr aparılması Kürd liderinin Ərbilə dönər-dönməz əl-qolunu açıldı və ərazilərini genişləndirməyə başladı.

"İraqın ərazi bütövlüyü Türkiyənin siyasətindən aslıdır".

"OLAYLAR" -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Şimali İraqda regional Kürd muxtariyyəti məhz AKP Türkiyəsinin siyasi dəstəyi ilə müəyyən nailiyyətlər əldə edib: "Bir müddət əvvəl Bərzaninin Türkiyədə dövlət başçısı səviyyəsində qəbul edilməsi, onunla aparılan müzakirələr aparılması Kürd liderinin Ərbilə dönər-dönməz əl-qolunu açıldı və ərazilərini genişləndirməyə başladı. Tarixi Türkmən şəhəri olan Kərkükün Bərzani muxtariyyətinin ərazisinə daxil edilməsi, burada bayraq qaldırılması, İraqın gələcək ərazi bütövlüyünə qəsdir. Həmçinin Türkiyənin mənəvi və dövlətçilik onuruna xəyanətdir. Ərdoğan hakimiyyəti indi buna etiraz edir. Buna yalnız şifahi xəbərdarlıq edilməməlidir". Politoloq hesab edir ki, Türkiyə Kərkükdə türkmənləri qorumaq üçün öz ordusunu bura göndərməlidir: "Kərkük əldən gedərsə, Mosul da kürdlərə veriləcək, türkmən kimliyi İraqda yox ediləcək. Türkiyə vaxtında Türkmənlərə sahib çıxsaydı, bu kimi tarixi cinayətlər yaşanmazdı. Kərkükün və Mosulun əldən verilməsi, İraqın əlindən alınması, Türkiyənin milli suverenliyinə qəsd olacaq. Məsud Bərzani taktiki siyasi gedişlər etməklə AKP ilə əməkdaşlıq edir. Amma bütün siyasəti Türkiyə əleyhinədir. Kürd dövləti yaradılsa, referenduma gedilsə, Yaxın Şərqin xəritələri dəyişəcək, yeni müharibələrə səbəb olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31