Binəqədidə şəhid Emin Bağırovun il mərasimi keçirilib

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər. Daha sonra tədbir Binəqədi qəsəbəsi, İsfahani küçəsi 2 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər. Daha sonra tədbir Binəqədi qəsəbəsi, İsfahani küçəsi 2 ünvanında quraşdırılmış mərasim çadırında davam edib.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31