Dünya

Saakaşvili: “Poroşenko məndən qorxur və...”

5 Aprel 2017 15:47

“Ukrayna prezidenti məndən qorxur və məni komandasız qoymaq istəyir”. Bunu Mariya Qaydarım Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar müşaviri təyin edilməsini şərh edən Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili feysbuk səhifəsində yazıb.

Yer təhlükədə: səmadan ölüm gəlir - VİDEO

5 Aprel 2017 15:45

Diametrinin 640 metr - 1.4 kilometr həcmi aralığında olduğu təxmin edilən meteorit Yerin təxminən 1.7 milyon kilometrliyindən keçəcək. NASA 19 apreldə nəhəng bir meteoritin dünyaya toxunaraq keçəcəyini açıqlayıb.

Putindən MDB ölkələrinə TERROR XƏBƏRDARLIĞI

5 Aprel 2017 15:41

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərləri ilə görüşüb. Görüş zamanı Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir: "Məhz dəqiq, razılaşdırılmış qarşılıqlı fəaliyyət, operativ və analitik məlumatlar mübadiləsi Birlik məkanında mövcud təhdidlərlə mübarizə aparmağa imkan verər".

Türk vətəndaşları səs verə biləcəklər

5 Aprel 2017 15:14

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, Türkiyə qanunlarına dəyişikliklə bağlı referendum seçkiləri aprelin 9, saat 09:00 – dan 21:00 – dək səfirliyin Bakıdakı binasında keçiriləcək. Gəncə və Naxçıvanda müvəqqəti məskunlaşan türkiyəli vətəndaşlar isə həmin şəhərlərdə fəaliyyət göstərən Baş Konsulluğun binasında səs verə bilərlər.

Astronomlar məhv olmuş planetin qalıqlarını tapdılar - VİDEO

5 Aprel 2017 14:06

Astrofiziklər Mars orbitində dağılmış planetin "troyan asteroidləri" adlanan qalıqlarını aşkar ediblər. Bu kəşf Çilidəki "Very Large Telescope" teleskopunun sayəsində mümkün olub.

“Ohanyan-Raffi-Oskanyan” bloku: Ermənistanda qeyri-legitim parlament formalaşıb

5 Aprel 2017 14:02

Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib.  Bu sözləri “Ohanyan-Raffi-Oskanyan” blokunun seçkiqabağı qərargahının rəhbəri, “İrs” partiyasının sədr müavini Armen Martirosyan jurnalistlərə açıqlamasında deyib. 

Sankt-Peterburqda 6 nəfər terror şübhəsi ilə saxlanıldı

5 Aprel 2017 13:58

Rusiyanın Sankt-Peterburq şəhərində 6 nəfər terror şübhəsi ilə saxlanılıb. Saxlanılan şəxslər Mərkəzi Asiya respublikalarının sakinləridir. Onların Peterburq metrosundakı partlayışla əlaqəli olub-olmadıqları araşdırlır.

Ermənistanın Rusiyadakı səfiri milyonçu imiş

5 Aprel 2017 13:52

Ermənistanın Rusiyaya yeni təyin edilmiş səfiri Vardan Toğanyanın kifayət qədər böyük mülkiyyəti var. Rəsmi açıqlamasında üç mənzilinin, bir torpaq sahəsinin, bir BMW 730 markalı avtomobilinin və bir qarajının olduğu bildirən səfir, həmçinin 21 milyon 250 min dram, 80 min avro, 1000 dram və 256 min 325 dram səhmlərinin də olduğunu deyib.

2 polis işçisi narkotik maddələrin satışına görə tutuldu - Biri qadındır 

5 Aprel 2017 13:47

BBC-də yayımlanan "Line of Duty" serialındakı səhnələrin birinin bənzəri ötən gün Mançesterdə baş verib. Mançester polisinin apardığı araşdırmalardan sonra iki polis işçisi tutulub. Məlum olub ki, onlar "A class" narkotik maddələrin satışı ilə məşğuldurlar.

Rusiyada sosial şəbəkələr qadağan edilə bilər

5 Aprel 2017 12:59

Rusiyada 14 yaşına kimi uşaqlara sosial şəbəkədən istifadə edilməsi qadağan edilə bilər. Sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli olacaq.

Pakistanda terror

5 Aprel 2017 12:50

Pakistanın Lahor bölgəsində səhər saatlarında partlayış qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, canlı bomba əsgərlərin olduğu yerdə özünü öldürüb. Hadisə zamanı 6 əsgərin şəhid olduğu, 18 əsgərin yaralandığı bildirilir.

Kolumbiyada sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb

5 Aprel 2017 12:48

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.  Bundan əvvəl 273 nəfərin öldüyü bildirilirdi. Ölənlərdən 186 nəfərin kimliyi müəyyənləşdirilib. Onlardan 144-ü həddi-buluğa çatmayanlardır. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında  problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb.   Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Portuqaliyada pirotexniki vasitələr istehsal edən zavodda partlayış olub

5 Aprel 2017 12:42

Portuqaliyanın Lamequ şəhərində pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.  Ölkənin daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomes bildirib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər itkin hesab edilir.

Silahlı şəxs "gəlin maşını"nın qarşısın kəsdi: bəyi maşından düşürərək dizi üstə saxladı - VİDEO

5 Aprel 2017 12:34

Adanada yolu bağlayıb "gəlin maşını"nı dayandıran və bəyi avtomobildən endirərək diz çökdürüb havaya atəş açan şəxs tutulub. Dindirilmə sonrası təqsirkar sərbəst buraxılıb.  Nəzarətə alınan şəxs qonşusuna "1 aprel" zarafatı etdiyini söyləyib.

Serj Sarkisyan Samvel Babayandan ehtiyat edir

5 Aprel 2017 12:28

Ermənistanın prezidenti Serj Sarkisyan hakim “Respublika” partiyasının üzvlərinə “dqr”in sabiq hərbi komandanı Samvel Babayanla bağlı artıq fikirlərin söylənilməsinə qadağa qoyub.