Dünya

Smartfonlar üçün özünübərpa edən şüşə yaradılıb

5 Aprel 2017 19:38

Kaliforniya Universitetinin kimyaçılar qrupu elektrik ötürərək özünübərpa edən material yaradıb. Bu, ondan smartfonlarda şüşə kimi istifadəyə imkan verir.  

“Microsoft” şirkəti “iPhone” üçün süni intellektə malik proqram təqdim edib

5 Aprel 2017 19:33

"Microsoft" şirkəti tərəfindən istifadəyə verilmiş yeni "Sprinkles" mobil tətbiqi "iPhone" smartfonunda şəkillər çəkərək onları emal etməyə imkan verir. Proqram istifadəçi tərəfindən çəkilmiş şəkillər üçün yazı və stikerlərin seçimində kompüter təlimi texnologiyalarından istifadə edir.

Məşhur cütlüyün oğlu olacaq

5 Aprel 2017 19:20

Bir il əvvəl rejissor və reklamçı Fırat Doğu Parlakla ailə quran aktrisa Burcu Kara ana olmağa hazırlaşır. 3 ay yarımlıq hamilə olan Burcunun doğulacaq körpəsinin cinsi açıqlanıb. 

Sinəm Kobaldan astronomik qonorar tələbi

5 Aprel 2017 19:10

2016-cı ilə da Kənan İmirzalıoğlu ilə ailə quran Sinəm Kobal qonorarının qiymətini 2 dəfə artırıb.  Aktrisa seriallarda rol almaq üçün həftəlik 100 min lirə (təxminən 50 min manat) istəyib. Kobalın uzun müddətdir ki, seriallardan uzaq düşməsinin səbəbi də daha çox qonorar tələb etməsidir.

Tbilisidə partlayış HƏYƏCANI - Camaat təxliyə olundu

5 Aprel 2017 18:59

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi hissəsində polislər təxliyə işləri görür. Buna səbəb partlayıcı qurğunun aşkar olunması barədə daxil olmuş məlumatdır.

Yaşı 18-ə çatmamış şəxslərin evlənməsi qadağan olundu - Yeni qanun

5 Aprel 2017 18:55

Almaniyada erkən yaşda evlənməyi qadağan edən qanun layihəsi qəbul olunub. Federal Ədliyyə naziri Hayko Maas tərəfindən hazırlanan qanun layihəsi yaşı 18-dən az olanların ailə qurmasını qadağan edir.

Türkiyə acı xəbəri verdi - Yaralılardan 3-ü öldü

5 Aprel 2017 18:47

Suriya rejiminin "Zarin" qazlı 36 avia-bombadan istifadə edərək (aralarında onlarla uşaq da var) kütləvi qırğın törətməsi nəticəsində ölənlərin sayının 100-ə çatdığını, yaralıların isə 500-dən çox olduğu haqda məlumat vermişdik.

Rusiya XİN aprel hadisələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

5 Aprel 2017 18:09

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib.  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdəATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.

Bu üç sözü 100 dəfə təkrar yazdı, dünyanın 3-cü ən nüfuzlu universitetinə qəbul olundu

5 Aprel 2017 17:58

ABŞ-ın Stanford Univeristetinə müraciət edən bir abituriyent motivasiya məktubundakı suala verdiyi maraqlı cavabla universitetə daxil olmaq şansını qazanıb.

"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir

5 Aprel 2017 17:06

Avropa Yayım Birliyi (AYB) sözün həqiqi mənasında Ukraynanı cəzalandırmaq niyyətindədir. Buna səbəb isə "Eurovision 2017" yarışmasında Ukraynanın Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəsinə girişinə qadağa qoymasıdır. AYB-nin baş katibi İnqrid Deltenre yarışmanı Kiyevdən alıb Berlinə vermək niyyətindədir.

Kremldən bir cümləlik Əsəd AÇIQLAMASI

5 Aprel 2017 16:53

Jurnalistlərin "Rusiya İdlibdəki kimyəvi hücumdan sonra Əsədə dəstək verməyə davam edəcəkmi?" sualına Kremlin sözçüsü Dmitriy Peskov bir cümlə ilə cavab verib.   Peskov Bəşər Əsədlə bağlı ünvanlanan suala: "Rusiya və rus ordusu Suriya ordusu tərəfindən təşkil edilən terrorla mübarizə əməliyyatlarını dəstəkləməkdə davam edəcək" , - cavabını verib.

80 yaşlı Rəşid kişi: "Toy gecəsindən sonra gəlin..."

5 Aprel 2017 16:47

Türkiyədə oğurluq hadisəsi qeydə alınıb.  80 yaşlı Rəşid Dalkılıc oğurluqla bağlı polisə müraciət edib. O bildirib ki, evləndiyi qadın başına oyun açıb.

Almaniya hökuməti sosial şəbəkələri yalan xəbərləri silməyə məcbur edir

5 Aprel 2017 16:14

Almaniya hökuməti sosial şəbəkələri nifrəti qızışdıran və ya istifadəçiləri çaşdıran xəbərləri silməyə məcbur edən qanun layihəsini təsdiqləyib. Sənəd ölkənin Nazirlər Kabinetinin iclasında qəbul edilib və qüvvəyə minməsi üçün parlament tərəfindən dəstəklənməlidir.

“Erməni lobbisi”ndən Sarkisyana TƏRS ŞİLLƏ

5 Aprel 2017 15:51

“Freedom House” təşkilatı Ermənistanın avtoritar rejimin astanasında olduğunu açıqlayıb. Təşkilatın hesabatında Ermənistanda keçirilən konstitusiya islahatlarının parlament respublikası üsul-idarəsinə keçiddən çox, Serj Sarkisyanın hakimiyyətinin uzadılmasına xidmət etdiyi qeyd olunur.

“Bizdə Rusiya raketlərindən müdafiə sistemi yoxdur”

5 Aprel 2017 15:49

“Amerika ordusunda yeni Rusiya raketlərindən müdafiə sistemi yoxdur”. Bu haqda ABŞ-ın strateji komandanlığının başçısı, general Con Hayten bildirib.