Yaşı 18-ə çatmamış şəxslərin evlənməsi qadağan olundu - Yeni qanun
Almaniyada erkən yaşda evlənməyi qadağan edən qanun layihəsi qəbul olunub. Federal Ədliyyə naziri Hayko Maas tərəfindən hazırlanan qanun layihəsi yaşı 18-dən az olanların ailə qurmasını qadağan edir.
5 Aprel 2017 18:55 DünyaAlmaniyada erkən yaşda evlənməyi qadağan edən qanun layihəsi qəbul olunub. Federal Ədliyyə naziri Hayko Maas tərəfindən hazırlanan qanun layihəsi yaşı 18-dən az olanların ailə qurmasını qadağan edir. Yeni qanuna görə, bu ana qədər yaşı 16-ya çatmamış nikaha girən şəxslərin evliliyi etibarsız sayılacaq. 16-17 yaşlarında evlənənlər haqda isə məhkəmə bəzi nüansları nəzərə alaraq qərar çıxaracaq. Milli.Az istipress-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31