Kremldən bir cümləlik Əsəd AÇIQLAMASI

Jurnalistlərin "Rusiya İdlibdəki kimyəvi hücumdan sonra Əsədə dəstək verməyə davam edəcəkmi?" sualına Kremlin sözçüsü Dmitriy Peskov bir cümlə ilə cavab verib.   Peskov Bəşər Əsədlə bağlı ünvanlanan suala: "Rusiya və rus ordusu Suriya ordusu tərəfindən təşkil edilən terrorla mübarizə əməliyyatlarını dəstəkləməkdə davam edəcək" , - cavabını verib.

Qeyd edək ki, Suriya rejimi "Zarin" qazlı 36 avia-bombadan istifadə edərək aralarında onlarla uşağın da olduğu kütləvi qırğın törədib. Nəticədə çoxunun uşaq olduğu 100 nəfər ölüb, 500 nəfər yaralanıb. Milli.az Sputnik-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31