Dünya
Rostov-Donda partlayış olub, bir nəfər xəsarət alıb
Rusiyanın Rostov-Don şəhərinin mərkəzində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb. Bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər. “Hadisə səhər saat 07-də (Moskva vaxtı ilə - “Report”) Sosialist küçəsində olub. İlkin məlumata görə, partlayış nəticəsində bir kişinin əl barmağı qopub. Hadisə məktəb yaxınlığında baş verib”,- deyə informasiyada vurğulanıb.
Erməni deputat Sarkisyanın əlindən ABŞ-a qaçmaq istəyir
Erməni deputat Mqer Sedrakyan son zamanlar depressiyadan əziyyət çəkir və ciddi problemləri var. "Aykakan Jamanak" nəşri xəbər verir ki, çətin günlər yaşayan Sedrakyan ABŞ-a getməyə hazırlaşır.
Diana ilin ən böyük "Eurovision" tədbirinə qatılacaq
Aprelin 8-də ölkəmizi "Eurovision 2017"də təmsil edəcək Diana Hacıyeva (Dihaj) Amsterdama yollanacaq. Dihaj müsabiqədə ifa edəcəyi "Skeletons" mahnısını orada səsləndirəcək.
VƏHŞİLİK: 6 yaşlı qızın cəsədi tapılanda beldən aşağısı yox idi...
Kənd sakinləri Türkiyənin Siirt şəhərinin Eruh mahalındakı Yazlıca çölündə parçalanmış uşaq cəsədi tapıblar. Qarşılaşdıqları mənzərədən dəhşətə gələn kəndlilər polisə xəbər veriblər.
Həştərxanda Rusiya Qvardiyasının əməkdaşları atəşə tutulub: yaralılar var - YENİLƏNİB
Həştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib. Bu barədə RİA Novosti-yə Rusiya Qvardiyasının Həştərxan vilayət idarəsinin nümayəndəsi bildirib.
"Ərim məni əxlaqsızlığa məcbur edirdi" - Ən qalmaqallı boşanma
"Spice Girls" qrupunun sabiq solisti, "Mel Bi" kimi tanınan britaniyalı müğənni, aktrisa və bəstəkar Melai Braun boşanma istəyinin səbəblərini açıqlayıb. 41 yaşlı Mel Binin dediyinə görə, 10 ildən bəri nikahda olduğu əri, amerikalı kinoprodüser Stiven Belafonte ona xəyanət etməklə yanaşı, zorakılıq və təcavüzə də əl atıb.
Əri Tuba haqda suallara belə reaksiya verdi
Aktyor Onur Saylak İstanbul Film Festivalında jurnalistlərlə qarşılaşıb. Kameralar qarşısında tələskənliyi ilə diqqət çəkən aktyor media nümayəndələrinə "Bol-bol film izləyin" deyib.
ABŞ Suriyada savaşa başlaya bilər - Trampın səbr kasası daşdı
"İdlibdə dinc, günahsız insanlara qarşı kimyəvi silahdan istifadə olunması mənim Suriyanın rəhbəri Bəşər Əsədə olan münasibətimi tamamilə dəyişdi. Bu insanla artıq normal danışıqlar aparmaq mümkün deyil".
Rusiyada partlayış
Uçuşlar təxirə salındı
Elastik “Samsung” smartfonlarının satışa çıxarılacağı vaxt məlum olub
Son iki ildə KİV-də Cənubi Koreyanın “Samsung” şirkətinin elastik smartfonlar istehsalı ilə bağlı planlarının olması barədə məlumatlar yayılmağa başlayıb. Belə ki, fevralda şirkətin bu ilin sonunda elastik “AMOLED” ekranlı qatlanan smartfon istehsal etmək niyyətində olması bildirilsə də, “Samsung” nümayəndələri növbəti dəfə elastik qurğuların buraxılışı barədə məlumatı təkzib ediblər.
Dünyada dörd kameralı ilk smartfon təqdim olunub
İki əsas kameraya malik smartfonlar artıq adiləşib. Həmçinin bu yaxınlarda iki ön kamera ilə təchiz edilmiş modellər satışa çıxarılıb. Ancaq "Alcatel" şirkəti dünyada ilk dəfə 4 kamera ilə təchiz edilmiş smartfon təqdim edib: iki əsas və iki ön kameralar. 4 kamera sözügedən aparatın yeganə maraqlı xüsusiyyətidir, çünki bu qurğu "Android 6.0 Marshmallow" versiyası ilə işləyən orta səviyyəli smartfondur.
“Microsoft” şirkətinin yaranma tarixindən 42 il ötür
“Microsoft” şirkətinin yaranma tarixindən 42 il ötür. Məhz 1975-ci il 4 aprel tarixində Harvard Universitetindən qovulmuş 20 yaşlı Bill Qeyts öz dostu Pol Allenlə birgə proqram təminatının yaradılması üzrə ən böyük şirkətlərdən birini təsis ediblər. Dostlar öz şirkətlərini öncə "Allen və Qeyts" adlandırmağı düşünsələr də, amma “Micro-Soft” ("microprocessors" və "software" terminlərinin qısaldılmış forması) adı üzərində dayanıblar. “Micro-Soft” şirkətinin ilk həlli “Micro Instrumentation and Telemetry Systems” şirkətinin sifarişi üzrə “BASIC” proqramlaşdırma dili üçün interpretator yaradılması olub.
Dünyada mobil proqramların yüklənmə sayı 352 milyarda çatacaq
“App Annie” şirkəti “2016-2021-ci illər üçün “App Annie” versiyasına görə mobil əlavələr bazarının proqnozu” adlı yeni tədqiqatın nəticələrini dərc edib. Şirkət ekspertlərinin proqnozlarına görə, dünyada bütün mağazalar üzrə mobil əlavələrin yüklənmə sayı illik hesablamada 19 faiz artaraq 2021-ci ildə 352 milyarda çatacaq. Həmçinin, dünyada illik xərclər 18 faiz təşkil edəcək və 2021-ci ildə 139,1 milyard dollaradək artacaq.
2017-ci ildə süni intellekt sistemləri bazarının həcmi 60% artacaq
“International Data Corporation” (“IDC”) şirkəti qlobal koqnitiv sistemlər və süni intellekt texnologiyaları bazarı üzrə proqnoz verib.














