"Ərim məni əxlaqsızlığa məcbur edirdi" - Ən qalmaqallı boşanma
"Spice Girls" qrupunun sabiq solisti, "Mel Bi" kimi tanınan britaniyalı müğənni, aktrisa və bəstəkar Melai Braun boşanma istəyinin səbəblərini açıqlayıb. 41 yaşlı Mel Binin dediyinə görə, 10 ildən bəri nikahda olduğu əri, amerikalı kinoprodüser Stiven Belafonte ona xəyanət etməklə yanaşı, zorakılıq və təcavüzə də əl atıb.
6 Aprel 2017 11:22 Dünya"Spice Girls" qrupunun sabiq solisti, "Mel Bi" kimi tanınan britaniyalı müğənni, aktrisa və bəstəkar Melai Braun boşanma istəyinin səbəblərini açıqlayıb. 41 yaşlı Mel Binin dediyinə görə, 10 ildən bəri nikahda olduğu əri, amerikalı kinoprodüser Stiven Belafonte ona xəyanət etməklə yanaşı, zorakılıq və təcavüzə də əl atıb.

"Ərim məni döyür, cinsi istismara məruz qoyurdu. O, yataqda videolarımızı çəkmişdi və bu videoları yayacağını deyirdi. Özümə görə, üç balaca övladıma görə qorxuram", - Mel Bi deyib.
Mel Bi vəkilləri vasitəsilə məhkəməyə yolladığı iddia ərizəsində bildirib ki, 2007-ci ilin noyabrında münsiflər heyətinin üzvü olduğu "Dancing with the Stars" şousunun finalında hazırlaşanda əri onun boğazından yapışıb: "Məni boğmağa başladı, sonra da yerə yıxıb təpiklədi".
2012-ci ilin iyul ayında, "X Factor"un münsiflər heyətinin üzvü olanda müğənni Aşerlə mahnı oxumaq istədim. Qısqanc ərim yumruqla üzümə vurdu, dodağımı partlatdı. Bu vəziyyətdə ekrana necə çıxacağımı soruşanda isə "Bunu Aşerlə mazaqlaşanda düşünməliydin" söylədi", - Mel Bi vurğulayıb.

Elə həmin ilin iyulunda, Londondakı Olimpiya Oyunlarının qapanış mərasimindən sonra Belafonte arvadını yumruqla vurub yerə yıxıb.
Mel Bi daha sonra bildirib ki, əri ona uşaqların dayəsi, 26 yaşlı alman Loreyn Jilleslə ilə xəyanət edib. L.Jilles Belafontedən hamilə qalıb. Lakin Belafonte onu aborta və bətnindəki uşaqdan qurtulmağa vadar edib.
Məşhur müğənni və aktrisa onu da etiraf edib ki, artıq sabiq əri onu yatağa qadınlarla girməyə vadar edib, daha sonra bu səhnələrin videolarını çəkib: "Mənə dedi ki, bu videoları yayacaq və karyeramı məhv edəcək".
Mel Bi ərindən dəfələrlə ayrılmaq istədiyini, lakin Belafontenin hər dəfə onu döyərək öldürəcəyini, ya da uşaqlarını əlindən alacağını dediyini də söyləyib.
O, Belafontenin evdə qanunsuz olaraq tapança saxladığını da deyib.

Tapançanın yataq otağındakı dolabda olduğu vurğulanıb.
Fəqət polis Stiven Belafontenin mənzilində axtarış aparanda tapançanı tapmayıb.
Məhkəmənin ilkin qərarına görə, Stiven Belafonte ailənin "Hollywood Hills"dəki malikanəsini tərk etməlidir.
Mel Binin boşanmaq istədiyi əri bu evi dünən tərk edib. Milli.az CBS-yə istinadən xəbər verir.