Uçuşlar təxirə salındı


 İtalyaya məxsus Alitalia uçuş firmasının işçilərinin kütləvi etirazları nəticəsində 60 - dan çox uçuş təxirə salınıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, şirkət 2 min nəfərin işdən çıxararaq, hazırkı çalışanların aylıq əmək haqqından 20 - 30 faiz azaltmalar etməsi hazırkı işçilərin narazılığına səbəb olub. Buna görə işçilər 24 saat kütləvi etiraz ediblər. Sadəcə 07:10 - la 18: 21 arası saatlarda məhdud xidmət ediblər.

Etiraz nəticəsində şirkətin beynalxalq və daxili uçuşları təxirə salınıb və ya alternativ uçuşlara yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31