Kolumbiyada sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.  Bundan əvvəl 273 nəfərin öldüyü bildirilirdi. Ölənlərdən 186 nəfərin kimliyi müəyyənləşdirilib. Onlardan 144-ü həddi-buluğa çatmayanlardır. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında  problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb.   Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi olub.  Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31