“Ohanyan-Raffi-Oskanyan” bloku: Ermənistanda qeyri-legitim parlament formalaşıb
Aprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib. Bu sözləri “Ohanyan-Raffi-Oskanyan” blokunun seçkiqabağı qərargahının rəhbəri, “İrs” partiyasının sədr müavini Armen Martirosyan jurnalistlərə açıqlamasında deyib.
5 Aprel 2017 14:02 DünyaAprelin 2-də Ermənistanda qeyri-legitim parlament seçilib. Bu sözləri "Ohanyan-Raffi-Oskanyan" blokunun seçkiqabağı qərargahının rəhbəri, "İrs" partiyasının sədr müavini Armen Martirosyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bütün hallarda fəaliyyətlərini davam etdirəcəklər: "Hazırda ölkədə nə dövlət maraqlarını müdafiə edə, nə Dağlıq Qarabağ məsələsində irəliləyişə nail ola, nə də iqtisadi sahədə islahatla həyata keçirə biləcək qanunsuz formalaşmış hakimiyyət var. Əsas siyasi proseslər parlamentdən kənarda qalıb. Biz hazırda yenidən formalaşma prosesinə başlamışıq. Bloka daxil olan qüvvələr arasında əməkdaşlıq da birmənalı olaraq davam etdiriləcək". Apa.az "news.am"-a istinadən xəbər verir.