Bəşər Əsəd ailəsinə BÖYÜK ŞOK

İspaniya Ali Məhkəməsi, Suriya prezidenti Bəşər Əsədin ailəsinin bu ölkədəki var-dövlətinə həbs qoyub. Ali Məhkəmə Əsədin əmisi Rifat əl-Əsəd haqqında İspaniyanın cənubundakı cinayət təşkilatları üçün pul ayırdığı iddiasıyla istintaqa başlayıb.

Əndəlüs muxtar ərazisindəki Marbella şəhərində olan 691 milyon avro dəyərindəki evlərinə həbs qərarı verən məhkəmə onlarla bank hesabının da bağlanılmasıyla bağlı qərar qəbul edib.

Qeyd edək ki, Rifat əl-Əsəd qardaşı Hafiz Əsəd dövründə dövlət başçısı köməkçisi vəzifəsində çalışıb. Milli.az  Reuters-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31