Moskva metrosunda şübhəli çanta tapıldı - Qatar depoya göndərildi

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarında şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib. Bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarında şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib. Bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Xidmətin əməkdaşının sözlərinə görə, şübhəli çanta "Lyublino" stansiyasında "Qolıtsino-Podols" elektrik qatarının üçüncü vaqonunda aşkar edilib: "Qatar yoxlanılmaq üşün depoya göndərilib. 80 nəfər təxliyə edilib".

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31