Dmitri Peskov: "Putinin səfəri zamanı şəhərdə terror hücumunun olması düşünməyə məcbur edir"

"Terror aktının Rusiya prezidentinin Sankt-Peterburqda olduğu müddətdə törədilməsi faktının özü düşünməyə məcbur edir".

Terror aktının Rusiya prezidentinin Sankt-Peterburqda olduğu müddətdə törədilməsi faktının özü düşünməyə məcbur edir". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Kremlin terror aktını prezidentə şəxsi çağırış kimi qəbul edib-etməməsi ilə bağlı verilən sualın cavabında deyib.

"Bu məsələ dərhal üzərinə diqqət cəlb edir. İndi hadisəni xüsusi xidmət orqanları araşdırır", - o bildirib.

D.Peskovun sözlərinə görə, Rusiyada istənilən terror aktı hamı, o cümlədən prezident üçün çağırışdır. "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31