Dünya

9 şagirdini zorlayan Quran müəlliminə 203 il 45 gün həbs

26 İyul 2017 13:32

Türkiyənin Giresun rayonunda Quran kursunda yaşları təxmini 9 - 13 arası dəyişən 9 şagirdini zorlamaqda ittiham edilən müəllimə hökm oxunub.

Rusiya ABŞ-ı təhlükə mənbəyi adlandırıb

26 İyul 2017 13:10

"Rusiya ABŞ-nı təhlükə mənbəyi hesab edir və buna əsaslanaraq qərarlar qəbul edir". Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir.

Ermənistandan daha bir qorxu dolu bəyanat: Azərbaycanın silahları arasında...

26 İyul 2017 12:43

Rusiya və Azərbaycan prezidentlərinin son görüşü barəsində Ermənistandakı çaxnaşma davam edir. Məsələ ilə bağlı növbəti açıqlama qondarama “DQR”-in Ermənistandakı daimi nümayəndəliyinin müşaviri Qarnik İsaqulyandan gəlib: “Putinin Azrbaycanla bağlı düşüncələrini bilmirik.

"WhatsApp"da "blok"dan çıxmağın yeni üsulu

26 İyul 2017 11:59

Dünyanın 1 nömrəli mesajlaşma platforması "WhatsApp"da "blok"dan çıxmağın metodu tapıldı.  Bunun üçün 2 metod var. İlk üsul "WhatsApp" abunəliyini ləğv etməkdir. Abunə ləğv edilincə bütün qruplardan çıxış etmiş olursunuz. Bununla da sizi "blok" etmişlərin "qara sıyahı"sından çıxmış olursunuz.  Digər üsul isə daha uzundur. Bu üsulu tətbiq etmək üçün isə etibar etdiyiniz 3 şəxsin olması şərtdir. Hətta bu adamların sizlə və sizi "blok" etmiş şəxslə yoldaş olması yaxşı olardı. Belə ki, həmin şəxslər yeni bir "WhatsApp" qrupu qurması və qrupa maneə törədən adamla maneə törədilən adamı əlavə etməsi lazımdır. 

Əfqanıstanda hərbi bazaya hücum - 40 hərbçi öldürüldü

26 İyul 2017 11:57

Əfqanıstanın Kandaqar vilayətində hərbi bazaya silahlı hücum olub. Yerli telekanal taliblərin hücumu nəticəsində azı 40 nəfər hərbçinin ölməsi barədə xəbər verib. Məlumata görə, hərbçilərlə taliblər arasında silahlı toqquşma 5 saat davam edib. 

91 yaşında gözəllik müsabiqəsinin qalibi oldu

26 İyul 2017 11:43

91 yaşındakı Kristina Farley ABŞ-ın  Connecticut əyalətində keçirilən yaşlılarınqatıldığı MsConnecticut SeniorAmerica gözəllik yarışmasının qalibi olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Kristina Farley "Dərim gözəl olduğu üçün makiyaj etmirəm, yalnız dodaq boyasından istifadə edirən” – deyib. Farleyin olduqca maraqlı və çətin həyat hekayəsi olub.

Terror təşkilatı Rusiyaya yalvardı: “Bizi məhv edəcəklər”

26 İyul 2017 11:41

Yay aylarının gəlməsi ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatların sayı artıb. Bununla bağlı olaraq təşkilat rəhbərləri Rusiyaya müraciət ediblər. 

ABŞ BMT-nin Təhlükəsizlik Şurasını sərt tənqid etdi

26 İyul 2017 11:39

İsrail dövlətinin Məscidi-Aksada ibadət etmək istəyən müsəlmanlara tətbiq etdiyi terror sanksiyaları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb. Müzakirə zamanı ABŞ təmsilçisi Nikki Haley şuranın müzakirə mövzusuna sərt reaksiya verib. N.Haley BMT-nin hər ay təşkil etdiyi “Fələstin daxil olmaqla, Yaxın Şərqdəki hadisələr” toplantılarını sərt tənqid edib.

Ermənistanda qubernatorun itkin düşmüş müşavirinin öldürüldüyü məlum olub

26 İyul 2017 11:27

Ermənistanın Armavir vilayəti qubernatorun itkin düşmüş müşavirinin meyiti tapılıb.  Ermənistan polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən iyulun 26-na keçən gecə Dalarik kəndində meyit tapılıb. 

50 min adam işıqsız qaldı

26 İyul 2017 11:21

Kaliforniyanın San-Diyeqo şəhərində təqribən 50 minə yaxın adam işıqsız qalıb. Hadisə çərşənbə axşamı günortadan sonra baş verib. Yaşayış evlərində, məktəblərdə, müəssisələrdə kütləvi işıq kəsilmələrinə səbəb dələ olub.

ABŞ Konqresi Rusiya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul etdi

26 İyul 2017 11:20

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.

Şərqin yeni vahiməsi: İŞİD-dən də təhlükəli terror təşkilatı yarandı

26 İyul 2017 11:18

İsrail, Misir və Birləşmiş Ərəb Əmirliklərinin muzdlu qatili Məhəmməd Dəhlan Misir ərazisində 8 min nəfərlik terrorçu düşərgəsi qurub.  Sinay yarımadasında qurulan düşərgədə terrorçular Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla, Yaxın Şərqdə qarışıqlıq yaratmaq üçün üçün təlimləndirilir.

ABŞ Ermənistana maliyyə yardımını azaltdı

26 İyul 2017 11:16

ABŞ 2018-ci il üçün Ermənistana 6.2 milyon dollar maliyyə yardımı ayırıb. Bu haqda Amerika Erməni Assambleyasının rəsmi saytında bildirilib. ABŞ Ermənistana 2016-cı ildə 20.4 milyon dollar məbləğində yardım ayırmışdı. Görünən budur ki, ABŞ 2018-ci il üçün Ermənistana maliyyə yardımını 3 dəfədən çox azaldıb. 

Fransada meşə yanğınları yaşayış məntəqələrinə çatdı - 10 min adam təxliyə edildi

26 İyul 2017 11:13

Ötən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib.

"Avroviziya -2018"-in yeri bəlli oldu

26 İyul 2017 10:59

"Avroviziya-2018" mahnı müsabiqəsi Lissabonda keçiriləcək. Müsabiqə Portuqaliyanın paytaxtında mayın 8, 10 və 12-ində keçiriləcək.  Həmçinin sayta müsabiqəyə həsr olunmuş rolik də yerləşdirilib. Xatırlıadaq ki, "Avroviziya-2017" nin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral idi. O, "Amor Pelos Dois" mahnısı ilə çıxış etmişdi.