Dünya
Kiyevdə otel təxliyə edildi - BOMBA həyəcanı
Terrorçular təslim oldular
Türkiyənin Mardin vilayətinin Kızıltəpə məhəlləsində PKK terror təşkilatından qaçan 6 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin Vanda davam edən əməliyyatlar zamanı bir mağaranın içində bir kiloqram ammonium nitrat, bir günəş paneli, üç Kürtçə İncil, iki xristiyanlıqla bağlı kitab və 100 kiloqram qida maddəsi ələ keçiriblər.
Pentaqonun məxfi qrifli hesabatı üzə çıxdı - Gələn il gözlənilən QORXULU TOQQUŞMA
Şimali Koreya gələn il ballistik nüvə raketinə sahib ola bilər. Bu barədə Pentaqonun məxfi qrifli hesabatında deyilir. “Washington Post” nəşrinin məlumatına görə, Pentaqonun kəşfiyyat birliyi olan “Defence İntelligency Agency” (DİA) daha öncə Şimali Koreyanın ballistik nüvə raketinə 2020-ci ildə nail olacağını açıqlamışdı.
Şırnakta təhlükəsizlik əməliyyatları
Türkiyənin Şırnak vilayətinin Beytüşşebap məhəlləsində 2 PKK – lı terrorçu zərərsizləşdirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Təhlükəsizlik Qüvvələri Şırnak, Van, Hakkari birlikləri Beytüşşebap məhəlləsinin Faraşin hissəsində iyulun 21 – də başladılan "Şəhid Piyada Kapitan Nuri Şener Əməliyyatı" – nı davam etdirir. Həyata keçirilən əməliyyat zamanı 2 PKK – lı terrorçu zərəzrsizləşdirilib.
Yaponiyada növbəti zəlzələ
Yaponiyada 6.1 bal gücündə zəlzələ qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə əsasən bildirir ki, Yaponiyanın cənubunda Okinava adasında baş verən zəlzələ geniş ərazini əhatə edib. ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumatları, zəlzələnin 33 kilometr dərinlikdə olduğunu qeyd edir.
İkinci çevriliş və sui-qəsdlər – Türkiyəni bu tarixdə VURACAQLAR
“Ordu içində FETÖ-çülər təmizlənir, buna görə də ikinci çevrilişin ola biləcəyi ehtimalı zəifdir. Lakin FETÖ son variant kimi sui-qəsdlərə əl ata bilər”. N.Elibol kəşfiyyat mənbələrinə istinadən qeyd edib ki, FETÖ siyasi sui-qəsdlər törədə bilər: “Buna görə də ehtiyatlı olmalı və kadr siyasətinə ciddi diqqət yetirməliyik. Ən böyük problem isə sistemdə zəifliyin olmasıdır”.
“Ölkədə məhkəmənin ədalətinə inam azalıb” - Ermənistanın sabiq baş prokuroru
“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən mühakimə olunduğu təqdirdə, daxili məhkəmə orqanlarının lazımi bir prosesi təmin etməməsi zamanı azı intizam tədbiri görülməlidir”.
Bu telefonlar gecə işləməyəcək
Yaponiyanın Tone Mobil firması ancaq gündüz işləyən telefon istehsal edib. Şirkət rəsmiləri “TOnem17” adı verdikləri telefonun azyaşlıların daha az istifadə etməsi üçün yalnız gündüz saatlarında işləyəcəyini açıqlayıb. Məqsəd azyaşlıların telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaqdır. Telefonlar növbəti ay kütləvi satışa çıxarılacaq. Bu telefon gün ərzində valideynin övladı ilə əlaqə qurmasına kömək edəcək.
Xəyanət edən ərini öldürtmək üçün iki muzdlu qatil tutdu
İstanbulda yaşayan 3 uşaq anası Nuriyyə Demir iddiaya görə onu aldatdığını düşündüyü həyat yoldaşı Əziz Demiri qorxudub yaralamaqları üçün Diyarbəkirdə 10 min lirə qarşılığında 2 şəxslə razılığa gəlib.
Rəsmi Moskva Vaşinqtonu TƏHLÜKƏ MƏNBƏYİ adlandırıb
"Rəsmi Moskva ABŞ-ı təhlükə mənbəyi hesab edir və buna uyğun olaraq qərarlar qəbul edir". Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir. “Onlar təlxəklik edib öz həddini bilmirlər. Bunu belə anlamaq və sakit tərzdə, təmkinlə, götür-qoy edib hərəkət etmək lazımdır. Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır”, - deyə o bildirib Nazir müavini Vaşinqtonun hərəkətlərini Rusiya ilə münasibətləri normallaşdırmaq perspektivlərini məhv etmək istiqamətində atılan addım adlandırıb.
İŞĞAL PLANI başladı: “Muzdlu qatil”in ordusu hücuma hazırlaşır
Yaxın Şərqin “muzdlu qatili” olaraq tanınan Muhammed Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb. Bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənir. “Yeni Şafak” qəzetinin məlumatına görə, düşərgədəki terrorçular Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır. Kamikadze qrupları isə İŞİD-in Liviya qanadını yaradan Əbu Hafs hazırlayır. İlk hədəf Qəzzanı işğal etməkdir.
ABŞ patrulları Fars körfəzində İran gəmisini atəşə tutdu - VİDEO
Fars körfəzində ABŞ patrul gəmisi İrana məxsus gəmini atəşə tutub. Körfəzdə mühafizə işi aparan patrullar özlərinə 137 metr yaxınlaşan İran gəmisinə bu yolla xəbərdarlıq edib. Daha sonra gəmi geri çəkilərək İran sahillərinə qayıdıb.
Erməni yazıçı həbsdən qaçdı
İyulun 14-də Türkiyənin Foça həbsxanasından qaçan erməni yazıçı Sevan Nişanyan Ermənistanın "ArmenPress" Xəbər Agentliyinə müsahibə verib. O, müsahibəsində Yunanıstandan siyasi sığınacaq istədiyini bildirib. Nişanyan, proses tamamlandıqdan sonra Ermənistanı ziyarət etmək istədiyini açıqlayıb.
Bu ölkə benzin və dizel yanacağı ilə işləyən maşınlardan imtina edir
İngiltərə hökuməti 2040-cı ildən etibarən ölkədə dizel və benzinlə işləyən avtomobillərin istifadəsini qadağan edəcək. Hökumət bu qərarı havanın çirklənməsi ilə mübarizə məqsədilə qəbul edib. Hökumət problemin həllinə dəstək üçün dövlət büdcəsindən 255 milyon sterlinq maliyyə də ayırıb. Bu büdcə sayəsində bələdiyyələr ölkənin bütün ərazilərində havanın çirklənməsi ilə mübarizə aparacaq.
Avropa İttifaqı: “Qətər böhranı yalnız bu yolla həll oluna bilər”
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqherini Körfəz monarxiyaları arasındakı böhranın ən qısa zamanda həllini tapması üçün görüşlərin keçirilməsini təklif edib.














