Dünya

Bəşəriyyətin sonu gəlir

26 İyul 2017 16:51

Şimali Amerika, Avropa, Avstraliya və Yeni Zellandiyada 1973-2011-ci illərdə sperma sayı 50 faizdən çox azalıb. Bununla bağlı aparılan araşdırmaları təhlil edən alimlər bu qənətə gəlib. 185 tədqiqatı incələyən alimlərdən Hagai Levine nəticənin onları son dərəcə narahat etdiyini bildirib. Qüdsün İbrani Universitetinin epidemiologiya üzrə mütəxəssisi H.Levie sperma sayının mövcud faizdə azalmasının insanlığın sonunu gətirə biləcəyi xəbərdarlığını edib. Bu araşdırmalar bu vaxta qədər aparılmış tədqiqatların ən böyüyüdür. Araşdırmaya görə, dörd bölgədə sperma sayında 52.4 faiz azalma qeydə alınıb. Şimali Amerika, Asiya və Afrikada da sperma sayında azalma müşahidə edilir. Lakin sadalanan qitələrdə bu istiqamətdə çox az sayda araşdırma aparılıb.

Buddist məbədini sel apardı, 90 min nəfər evsiz qaldı - VİDEO

26 İyul 2017 16:41

Mərkəzi Myanmarda leysan yağışlardan sonra Buddist məbədi daşqının altında qalıb. Paqoda 2009-cu ildə Myanmarın Maqvey rayonunda tikilib. Bu ay Myanmarın bəzi hissələrində leysan yağışlar müşahidə olunub.

Gürcüstan əhalisinin 62%-i özünü işsiz hesab edir

26 İyul 2017 16:29

Gürcüstanın əsas problemləri işsizlik, yoxsulluq və ərazi bütövlüyüdür. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Amerika Milli Demokratiya İnstitutunun (NDI) keçirdiyi sorğu nəticəsində məlum olub.

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO

26 İyul 2017 16:22

Xəbər verdiyimiz kimi, şəmkirli iş adamı Vəliyev Qulu oğluna 4 gün 4 gecə toy edib. Dəbdəbəli məclisin görüntüləri sosial şəbəkədə yayılıb və səs-küyə səbəb olub. Bu gün isə iş adamının Şəmkirdə yerləşən villasının videosu paylaşılıb.

Azərbaycanlı qız Türkiyədə bankdan 6 milyon çəkdi - İDDİA: CİNAYƏTKAR DƏSTƏ TUTULDU 

26 İyul 2017 16:20

Türkiyədə bir dövlət bankından ölən hesab sahiblərinin xarici görünüşünə uyğun hazırlanıb banka gələrək hesabdakı pulları çıxaran fırıldaqçı şəbəkə yaxalanıb. Ölən insanların hesablardan 3 ilə 5 min dollar qarşılığında pul çəkən "dublyor"lardan olan Gülər ​​İslam qızı adlı qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.

Rusiyada kütləvi zəhərlənmə - Makarondan

26 İyul 2017 16:18

Yeni Moskvada kütləvi qida zəhərlənməsi baş verib. Xidməti yeməkxanada qidalanan təxminən 60 nəfər tibb müəssisələrinə müraciət edib. Onların hamısının eyni yerdə işlədiyi bildirilir. İlkin məlumata görə, zəhərlənmə yerli istehsal olan keyfiyyətsiz makarondan olub. Xəstəxanaların infeksiya şöblərinə müraciət edənlərin əksəriyyəti kəskin ağrılar, mədə pozğunluğu, ürək bulanmadan şikayət ediblər.

Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu

26 İyul 2017 16:07

Rusiyalı jurnalist Ukraynadan çıxarılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.

Terrorçular təslim oldular

26 İyul 2017 15:47

Türkiyənin Mardin vilayətinin  Kızıltəpə məhəlləsində  PKK terror təşkilatından qaçan 6 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin Vanda davam edən əməliyyatlar zamanı bir mağaranın içində bir kiloqram ammonium nitrat, bir günəş paneli,  üç Kürtçə İncil, iki xristiyanlıqla bağlı kitab və 100 kiloqram qida maddəsi ələ keçiriblər.

Pentaqonun məxfi qrifli hesabatı üzə çıxdı - Gələn il gözlənilən QORXULU TOQQUŞMA

26 İyul 2017 15:46

Şimali Koreya gələn il ballistik nüvə raketinə sahib ola bilər. Bu barədə Pentaqonun məxfi qrifli hesabatında deyilir. “Washington Post” nəşrinin məlumatına görə, Pentaqonun kəşfiyyat birliyi olan “Defence İntelligency Agency” (DİA) daha öncə Şimali Koreyanın ballistik nüvə raketinə 2020-ci ildə nail olacağını açıqlamışdı.

Şırnakta təhlükəsizlik əməliyyatları

26 İyul 2017 15:34

Türkiyənin Şırnak vilayətinin  Beytüşşebap məhəlləsində 2 PKK – lı  terrorçu zərərsizləşdirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Təhlükəsizlik Qüvvələri  Şırnak, Van, Hakkari birlikləri Beytüşşebap məhəlləsinin Faraşin hissəsində iyulun 21 – də  başladılan "Şəhid Piyada Kapitan Nuri Şener Əməliyyatı" – nı davam etdirir.  Həyata keçirilən əməliyyat zamanı 2 PKK – lı terrorçu zərəzrsizləşdirilib. 

Yaponiyada növbəti zəlzələ

26 İyul 2017 15:31

Yaponiyada 6.1 bal gücündə zəlzələ qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə əsasən bildirir ki, Yaponiyanın cənubunda Okinava adasında baş verən zəlzələ geniş ərazini əhatə edib. ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumatları, zəlzələnin 33 kilometr dərinlikdə olduğunu qeyd edir.

İkinci çevriliş və sui-qəsdlər – Türkiyəni bu tarixdə VURACAQLAR

26 İyul 2017 15:26

“Ordu içində FETÖ-çülər təmizlənir, buna görə də ikinci çevrilişin ola biləcəyi ehtimalı zəifdir. Lakin FETÖ son variant kimi sui-qəsdlərə əl ata bilər”. N.Elibol kəşfiyyat mənbələrinə istinadən qeyd edib ki, FETÖ siyasi sui-qəsdlər törədə bilər: “Buna görə də ehtiyatlı olmalı və kadr siyasətinə ciddi diqqət yetirməliyik. Ən böyük problem isə sistemdə zəifliyin olmasıdır”.

“Ölkədə məhkəmənin ədalətinə inam azalıb” - Ermənistanın sabiq baş prokuroru

26 İyul 2017 15:24

“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən mühakimə olunduğu təqdirdə, daxili məhkəmə orqanlarının lazımi bir prosesi təmin etməməsi zamanı azı intizam tədbiri görülməlidir”.

Bu telefonlar gecə işləməyəcək

26 İyul 2017 15:13

Yaponiyanın Tone Mobil firması ancaq gündüz işləyən telefon istehsal edib. Şirkət rəsmiləri “TOnem17” adı verdikləri telefonun azyaşlıların daha az istifadə etməsi üçün yalnız gündüz saatlarında işləyəcəyini açıqlayıb. Məqsəd azyaşlıların telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaqdır. Telefonlar növbəti ay kütləvi satışa çıxarılacaq. Bu telefon gün ərzində valideynin övladı ilə əlaqə qurmasına kömək edəcək.