Dünya

İŞİD "Russia Today" telekanalının müxbirini öldürdü

31 İyul 2017 16:38

Russia Today (RT) televiziyası Suriyadakı müxbiri Xalid əl-Hatıbın İŞİD-in Homs vilayətinə təşkil etdiyi raketli hücumda həyatını itirdiyini açıqlayıb. RT ərəb televiziyanın internet saytında yayılan xəbərdə "Müxbirimiz Xalid əl-Xətib bu gün Homsun şərqindəki Əl-Suhna qəsəbəsi yaxınlığından Suriya ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyatla əlaqədar məlumat verdiyi zaman, terrorçuların təşkil etdiyi raket hücumunda dünyasını dəyişib" deyilib.

İŞİD şiələrin müqəddəs məkanını və liderlərini hədəf aldı

31 İyul 2017 16:16

İraqın Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi İŞİD terror təşkilatının şiələrin ən böyük din xadimi olan Ayətullah Əli Sistaninin Nəcəf şəhərindəki evinə bombalı hücumlar təşkil etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə İraq mətbuatına idarənin müdiri Əbu Əli Bəsri məlumat verib. O bildirib ki, terrorçu qruplaşma liderin evi ilə yanaşı, şiələrin müqəddəs məkanları olan Kufə Məscidi, Kərbəla, Bəsrə və Samirəyə də hücum etməyi planlaşdırıb. Əli Bəsri İŞİD-in xarici ölkələrdən gətirdiyi lider komandasının bombalı avtomobillər və kamikadzelər vasitəsilə terror hücumları həyata keçirəcəyini ehtimal etdiyini deyib.

İranlı zəvvarlar birillik fasilədən sonra Həcc ziyarətinə gedəcək

31 İyul 2017 16:00

İranlı zəvvarlar birillik fasilədən sonra bu il Həcc ziyarətini həyata keçirəcək. Bu barədə İranın Həcc və zəvvarlıq təşkilatının rəhbəri Nəsrulla Fərəhmənd deyib. Onun sözlərinə görə, bu il 90 minə yaxın iranlı zəvvarın Həccə gedəcəyi gözlənilir.

Məşhur serialda FETÖ izləri

31 İyul 2017 15:46

İllər sonra yenidən ekranlara qayıdan və Türkiyənin Kanal D televiziyasında yayımlanan “Çocuklar Duymasın” serialı böyük səs – küyə səbəb olub. Serialda təsvir olunan evin  kitabxanasında yer alan və FETÖ terror təşkilatının çirkli fəaliyyətini dünyaya tanıdan "Barış körpüləri" adlı kitabı tamaşaçıların gözündən yayınmayıb.

ABŞ təhdidlərə yeni nəsil raket sistemləri ilə cavab verdi

31 İyul 2017 15:43

Amerika Birləşmiş Ştatları Alyaska əyalətində Üst Səviyyəli Havadan Müdafiə (THAAD) adlı ballistik raket sistemini test edib. ABŞ bu testi Şimali Koreyanın raket sınaqlarına cavab olaraq həyata keçirib. Amerika Havadan Müdafiə Dairəsi Sakit Okean üzərində gerçəkləşdirilən testlərdə sistemin qitələrarası ballistik raketləri təmsil edən 15 hədəfin hamısını əngəllədiyini açıqlayıb.

Sevgilsi məktəbli qızı Suriyaya aparıb, İŞİD-çiyə ƏRƏ VERDİ: DƏHŞƏTLİ TƏFƏRRÜAT

31 İyul 2017 15:34

İyulun sonunda iraqlı hərbçiləri Mosul şəhərində 16 yaşlı almaniyalı Linda Ventsel adlı qız tapıblar. Almaniyadan İŞİD yaraqlıları tərəfindən vuruşmaq üçün İraqa gəlmiş qız snayper olaraq fəaliyyət göstərirmiş. 7.5 min sakinin yaşadığı balaca əyalət şəhərciyi - Pulsnitsin əlaçı şagirdi 1 il əvvəl ekstremistlər üçün "xidmət etməyə" yollanıb. Qızın radikallaşması valideynləri, dostları və müəllimlərinin gözü qarşısında sürətlə inkişaf edirdi. Amma heç kim buna ciddi əhəmiyyət vermirdi.

Tayvanda qasırğadan xəsarət alanların sayı artır - 131 nəfər

31 İyul 2017 15:29

Son sutka ərzində Tayvanda "Nesat" və "Haitang" qasırğalarından xəsarət alanların sayı artmaqdadır. Adanın müxtəlif rayonlarında 131 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.

Polis rəisi iş otağında ölü tapıldı

31 İyul 2017 15:00

Türkiyənin  Silivri bölgəsinin  Polis İdarəsinin rəisi Hakan Çalışkan bu gün səhər saatlarında iş ötağında ölü tapılıb. “Olaylar” bildirir ki, başından güllə ilə vurulan polis rəisinin cəsədini səhər saatlarında işə gələn əməkdaşları aşkarlayıblar. Hadisənin intihr və ya qətl olması haqqında heç bir məlumat verilmir.

Ermənistan əhalisinin sayı 15,2 min azalıb

31 İyul 2017 14:38

Ermənistan əhalisinin sayı 15,2 min nəfər azalıb. Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb. Məlumata əsasən 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib.

Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib

31 İyul 2017 14:07

Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib.  Bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.

3 yaşlı qıza təcavüz edən şəxsi belə öldürdülər 

31 İyul 2017 13:46

Yəməndə 41 yaşlı Məhəmmdə əl-Mahrabi adlı şəxs 3 yaşlı qıza təcavüz etdikdən sonra onu öldürüb. Məhkəmə cinayətkarı ölüm cəzasına məhkum edib.

Hindistanda 200-dən çox adam DAŞQININ qurbanı oldu

31 İyul 2017 13:24

Hindistanın Qucarat ştatında musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 216 nəfər həlak olub. Şiddətli yağıntılar ştat ərazisində bir həftədən çoxdur ki, davam edir.

ABŞ Çinə qarşı sanksiya tətbiq edə bilər

31 İyul 2017 13:08

Bildirildiyinə görə, ABŞ prezidenti Donald Trampın müşavirləri Çinə qarşı bir sıra sanksiyalar tədbirləri hazırlayırlar. 

“Bu, müharibə elanıdır” - Səudiyyə-Qətər BÖHRANI

31 İyul 2017 12:45

“Bu, Qətərin Səudiyyə Ərəbistanına müharibə elanıdır”. Bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl Cubeyir deyib.

Türkiyədə müxalif deputat saxlanılıb

31 İyul 2017 12:43

Türkiyənin Batman vilayətində müxalif Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Ayşə Acar Başaran saxlanılıb. Polis onu Batman hava limanında Ankaraya yola düşərkən saxlayıb. Onun saxlanmasının səbəbi kimi məhkəmədə şahid qismində ifadə verməkdən imtina etməsi göstərilir.