Dünya

Yeni üsul informasiyanı itkisiz ötürəcək

31 İyul 2017 19:55

Çinin Syamın Universitetinin tədqiqatçıları iki xüsusiyyətə - özünü fokuslama və optik effektə malik optik linza hazırlayıblar. İndiyədək birlikdə nümayiş etdirilməyən xüsusiyyətlər Talbot adlanan effekt sayəsində “işıq kodu”nu yaratmağa imkan verib.

Norveçdə avtonom gəmilər suya buraxılıb

31 İyul 2017 19:50

Norveçin "Yara" kimya konserni və "Kongsberg Group" şirkəti "ağıllı" yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb.  

Dünyanın ən güclü smartfonu hansı olacaq?

31 İyul 2017 19:46

Son illər Çin və Cənubi Koreya texnoloji şirkətləri yüksək məhsuldarlığa malik məhsulun buraxılışında  “Apple” şirkətinə çatmaq və onu geridə qoymaq baxımından yaxınlaşıblar. Lakin əldə olunan məlumatlar Apple” şirkətinin yeni “iPhone 8” smartfon modelinin yaxın gələcəkdə ən güclü smartfon adını özündə saxlayacağından xəbər verir.   

Dostlarla yazışmaq iş vaxtının daha xoş keçməsinə səbəb olur

31 İyul 2017 19:40

Eyni vaxtda bir neçə iş görmək işin keyfiyyətini aşağı salır. Ohayo Universitetinin alimi Çjen Van deyir ki, ancaq bu, insanın əhvalını yaxşılaşdırır. 19 tələbənin iştirakı ilə aparılan eksperiment də bunu sübut etmişdir. Onlar imtahanlara hazırlaşarkən musiqiyə qulaq asmış və dostları ilə yazışmışlar.

Zəhərli kərtənkələnin tüpürcəyi iştahanı küsdürür

31 İyul 2017 19:20

Gila kərtənkələsinin zəhəri iştahanı xeyli aşağı sala bilər. Alimlərn siçanlar üzərində apardıqları eksperimentlər göstərib ki, kərtənkələ tüpürcəyindən hazırlanmış preparatı qəbul edən gəmiricilər şokolad yeməkdən imtina ediblər. Kərtənkələ tüpürcəyində eksedin-4 maddəsi vardır. Həmin maddə qida məhsulundan asılılığa nəzarət edən beyinə təsir edə bilir.

Novosti-Armeniya: “Ermənistanda doğum halları azalıb” - STATİSTİKA

31 İyul 2017 18:50

Ermənistan əhalisinin sayı get-gedə daha çox azalmağa başlayır. Belə ki, ildən-ilə ölkəni tərk edənlərlə yanaşı, xalqın acınacaqlı vəziyyəti doğum hallarının azalması, ölüm hallarının isə artması ilə nəticəsini tapmaqdadır. O cümlədən, ölkənin süquta uğradığı bir vaxtda oranı tələm-tələsik tərk edənlərin bir çoxunun ümumiyyətlə, geri dönməyəcəkləri barədə informasiylar təsdiqini tapmaqdadır.

Ermənistan Aİİ peşmançılığı: “Sanksiyalardan ən çox zərər görən biz olacağıq”

31 İyul 2017 18:43

Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı Rusiyanın rəhbərliyi altında yaradılıb. Odur ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar dolayı yolla bu ittifaqa üzv ölkələrin iqtisadiyyatına də təsirsiz ötüşməyəcək. Artıq bu məsələ Ermənistan gündəmində çox qabardılır və görünən odur ki, ölkənin rəhbərliyi bundan xeyli narahatdır.

İş adamı avtomobilində güllələndi - Türkiyədə

31 İyul 2017 18:39

Türkiyənin Ağrı şəhərində 63 yaşlı iş adamı Camal Altıntaş avtomobilində məruz qaldığı silahlı hücum nəticəsində dünyasın dəyişib. Hadisə, bu gün səhər saat 7 radələrində baş verib. Avtomobilinə minən Camal Altıntaşa başqa bir avtomobildən atəş açılıb. Nəticədə Altıntaş hadisə yerində həyatını itirib. 

“Google Play” yükləmələrin sayına görə “App Store”u 2 dəfə üstələyir

31 İyul 2017 18:27

"App Annie" şirkəti 2017-ci ilin ikinci rübü üçün yeni tədqiqat apararaq "Google Play" əlavələr mağazasında yükləmələrin sayının 15 milyardı ötməsini açıqlayıb. Bu, "App Store" əlavələr mağazasından 135 faiz çoxdur.  

Qadın hərbiçini əsgərlər zorladı - Görüntülər yayıldı

31 İyul 2017 18:23

İngiltərə ordusunun Falkland Adalarındakı hərbi hissəsində xidmət edən Rebekka Krookshankın paylaşdığı görüntülər görənləri dəhşətə gətirib. Falkland Adalarında xidmət edən Rebekka dəniz donanmasında zorlandığı söyləyən qadın hərbiçilərdən biridir.

“Məni cinlər göndərdi”, deyib küçədən keçən hər kəsə bunu ETDİ - ŞOK VİDEO

31 İyul 2017 18:08

Türkiyənin Tekirdağ bölgəsində psixoloji problemləri olan 31 yaşlı Yunus Admış əlindəki bıçaqla küçədə qarşına çıxan hər kəsə hücum edib. “Məni cinlər göndərdi” deyərək, insanlara hücum edən Y.Admış biri ağır olmaqla 3 nəfəri yaralayıb. Dəhşətli hücum anı kameralara düşüb. 

Qətər bütün təklifləri rədd etdi

31 İyul 2017 17:23

Qətər BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misirdən ibarət körfəz koalisiyasının tətbiq etdiyi diplomatik və iqtisadi blokadanı qaldırmaq üçün verdiyi şərtli dialoq təklifini rədd edib. Bu barədə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani məlumat verib. Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə koalisiya ölkələrinin xarici işlər nazirlərinin toplantısında Qətərlə dialoqa girməyə hazır olduqlarını deyib.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: NATO ilə əməkdaşlığı genişləndirməklə Ermənistan iki cəbhəyə oynamağa çalışır

31 İyul 2017 17:14

Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi onu göstərir ki, Yerevan iki cəbhə boyunca oynamağa çalışır. Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, bu gün Gürcüstanda başlayan və NATO-nun himayəsi altında keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak etməklə Ermənistan Rusiya ilə yanaşı Qərb koalisiyası ilə də münasibətləri qoruyub saxlamağa çalışır: “Məlumdur ki, bu gün bir çox ölkə NATO ilə əməkdaşlığı dəstəkləyir. Biz görürük ki, Gürcüstan tam şəkildə alyansın müttəfiqidir. Azərbaycan, Qazaxıstan, Belarus Qərb koalisiyası ilə sıx münasibətlər saxlayır. Bununla belə, bu ölkələrin heç biri NATO təlimlərində iştirak etmir”.

Bibisindən nimdaş tikiş maşını miras qaldı: 35 milyon dollar qazandı

31 İyul 2017 17:09

Ölmədən öncə son dəfə bibisini ziyarət edən Karl Sabatinoya nimdaş tikiş maşını miras qalıb. Bibisi Karlı yanına çağırıb və son nəfəsində ona tikiş maşını miras qoyduğunu deyir.

Mayk Pens: “ABŞ Rusiya təhlükəsinin qarşısını almaq üçün hər şeyi edəcək”

31 İyul 2017 16:40

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) RusiyanıNATO ölkələri üçün təhlükə adlandırıb. M. Pens bunu Estoniyanın paytaxtı Tallində Baltik ölkələrinin rəhbərləri ilə görüşündən sonra bildirib.