Dünya

Kamikadze səfirliyi hədəf aldı

31 İyul 2017 12:20

Əfqanıstanın paytaxtı Kabil şəhərində bir kamikadze özünə qəsd edib. Partlayış İraq səfirliyinin yaxınlığında baş verib. Kamikadzenin hədəfinin İraq səfirliyi olduğu bildirilir. Hadisə ilə bağlı Əfqanıstan rəsmiləri heş bir məlumat vermir. Bölgədə partlayış və silahlı qarşıdurmaların hələ də davam edir.

11 terrorçu təslim oldu

31 İyul 2017 12:12

Türkiyə Daxili İşlər Nazirliyi 24-31 iyul tarixlərində  ölkə daxilində həyata keçirilən anti terror  əməliyyatları ilə bağlı açıqlama yayıb. “Olaylar” Türk medisına  istinadən bildirir ki, aparılan əməliyyatlar zamanı 17 terrorçu öldürülüb, 7 terrorçu sağ halda ələ keçirilib.

Rusiya ilə ABŞ-ın Koreya arzusu

31 İyul 2017 11:36

“Rusiya Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi problemini sülh yolu ilə həll etmək üçün Amerika Birləşmiş Ştatları ilə işbirliyi etməyə hazırdır”. Bu sözləri Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib. O, bildirib ki, Rusiya ABŞ-ın hazırkı rəhbərliyi, xarici işlər naziri Reks Tillerson və komandasındakı hər kəslə birlikdə işlər görməyə hazırdır: “ABŞ və müttəfiqləri mövcud vəziyyətin daha da gərginləşməməsi üçün addım atmalıdır. Düşünürəm ki, bu mövzudakı işbirliyimiz rəsmi Pyonqyanq tərəfinin də diqqətini çəkəcək.

ABŞ-da avtomobil 8 nəfəri vurub

31 İyul 2017 11:34

ABŞ-ın Los-Anceles şəhərində avtomobil insaları vurduqdan sonra azı 8 nəfər xəsarət alıb. Bu haqda şəhərin təcili yardım xidmətinin tabe olduğu dövlət yanğından mühafizə idarəsi xəbər verib. Məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 15:47 radələrində Mid-Uilşir şəhərçiyində baş verib.

14 nəfər ildırım vurması nəticəsində ölüb

31 İyul 2017 11:26

Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində azı 14 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.  “Odisha Sun Times” agentliyi xəbər verir ki, Orissa ştatının şimal-şərq bölgələrində isə şiddətli qasırğa qeydə alınıb. Ən çox ölüm halı isə Bxadrok vilayətində qeydə alınıb – 5 ölü. 

Türkiyə İraqın şimalını bombalayır

31 İyul 2017 11:07

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. Bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında qeyd olunur. 

Putindən qəti qərar “755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq”

31 İyul 2017 11:03

ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Atatürkün büstünə hücum etdilər

31 İyul 2017 10:55

Türkiyənin Şanlıurfa əyalətində Mehmet Malbora adlı şəxs Mustafa Kamal Atatürkün heykəlinə oraq aləti ilə zərər verməyə çalışıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, səyyar satışla məşğul olan Mehmet İslam dini qaydalarında bütpərəstliyə yer olmadığını səbəb gətirərək Atatürkün heykəlini parçalamaq istəyib. O, heykəlin yanına çıxaraq “Dinimizdə bütpərəstliyə yer yoxdur. Bütpərəstliyə sahib çıxanlar peyğəmbərin soyundan deyil”-, deyə qışqırıb.

5,7 bal gücündə zəlzələ

31 İyul 2017 09:29

Kuril adalarında 5,7 bal gücündə zəlzələ baş verib.  ABŞ Geoloji xidməti bildirir ki, yeraltı təkanlar UTC vaxtı ilə 21.00 radələrində qeydə alınıb. Zəlzələnin episentri Kurilsk şəhərindən 262 kilometr şərqdə Uturup adasında yerləşib. Zəlzələnin ocağı 86 kilometr dərinlikdə olub.

Somalidə PARTLAYIŞ

30 İyul 2017 16:01

Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. "Olaylar"  "Miliyyet" - ə istinadən bildirir ki, paytaxtın insanlarla sıx küçəsində içərisində partlayıcı qurğu olan avtomobil partladılıb. Partlayışın səbəbləri məlum deyil. Agentliyin bildirdiyinə görə, partlayış baş verən ərazidə qatı tüstü müşahidə olunur.

22 min insan təxliyə edildi

30 İyul 2017 09:42

İspaniyanın Barselona şəhərində "Tomorrowland Unite" festivalında yanğın səbəbi ilə 22 minə yaxın insan təxliyə edilib. Sosial şəbəkələrdə yayılan videolarda yanğının əsas səhnədə baş verdiyi görünür.

Tanınmış güləşçi öldürüldü

30 İyul 2017 09:40

Rusiyanın tanınmış güləşçisi Yuri Vlasko öldürülüb. 20 yaşlı idmançının cəsədi Baykal gölünün sahilində yerləşən Qoryaçinska kəndinin yaxınlığında tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri olub. Polis hadisəylə bağlı araşdırmalara başlayıb.

Türkiyədən XƏRƏBDARLIQ

29 İyul 2017 19:43

Türkiyənin Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket sınağı həyat keçirməsini sərt şəkildə qınadığını açıqlayıb. Nazirlik Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu deyib: “Koreya Demokratik Xalq Cümhuriyyətinin 28 iyul 2017-ci il tarixində gerçəkləşdirdiyi ballistik raket sınağını şiddətlə qınayırıq. Bir ay içində iki dəfə sınaq keçirən Şimali Koreya BMT-nin qərarlarını açıq şəkildə pozur və beynəlxalq öhdəliyi gözardı edir”.