Dünya

Moskvada Qurban bayramı ilə əlaqədar bir neçə məktəb bağlanacaq

24 Avqust 2017 19:53

Rusiyanın paytaxtı Moskva və bir neçə regionda məscidlərin yaxınlığında yerləşən bəzi məktəblərdə Qurban bayramı münasibəti ilə tədris sentyabrın 1-dən 4-nə keçirilib. Bu barədə Rusiya Müsəlmanları İttifaqının rəhbəri Albir Krqanov deyib.

“M6 Note” smartfonu təqdim edilib

24 Avqust 2017 19:43

“Meizu” şirkəti orta qiymət kateqoriyasına aid olan yeni “M6 Note” smartfonunu təqdim edib. Metal korpusa malik aparat 5,5 düymlük ekran, 1920x1080 nöqtə (Full HD) təsvir ölçülü displey və səkkiznüvəli 2 QHs takt tezlikli “Snapdragon 625” prosessoru ilə təchiz edilib. “Meizu M6 Note” smartfonu 12 və 5 meqapiksellik təsvir ölçülü “Sony IMX362” və “Samsung 2L7” datçiklərinə malik ikiqat əsas kamera ilə təchiz edilib.

Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb

24 Avqust 2017 19:38

Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, musiqi albomlarının yazılması artıq reallıqdır. Belə ki,  “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqidən ibarətdir.

Dünyada ən sürətli smartfon bəlli olub

24 Avqust 2017 19:32

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.

Böyük Britaniyada ən kiçik robot cərrah hazırlanıb

24 Avqust 2017 19:28

Tibbi avadanlıq istehsalı üzrə ixtisaslaşmış Britaniyanın “CMR” şirkətinin mühəndislərinin məlumatına görə, böyük ölçülü robotlarla rəqabət aparmaq qabiliyyətinə malik və  incə əməliyyatların icrası üçün nəzərdə tutulmuş ucuz, yığcam və təcrübəli robot hazırlanıb.

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

24 Avqust 2017 19:23

“Samsung” korporasiyası yeni “Galaxy Note8” smartfonunu təqdim edib. Smartfon 1440x2960 piksel təsvir ölçülü və 18,5:9 tərəflər nisbətinə malik 6,3 düymlük displeylə təchiz ediləcək. Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, həmçinin “IP68” standartına uyğun olaraq su və toza qarşı davamlıdır. “Note8”, həmçinin səkkiznüvəli “Exynos 8895” prosessoru və 6 QB-lıq əməli yaddaşla təchiz edilib.

Hamilə qadınlar mütləq bu vitamini qəbul etməlidir!

24 Avqust 2017 19:18

Avstraliya alimləri müəyyən ediblər ki, qadınlar hamiləlik dövründə mütləq B3 vitamini qəbul etməlidirlər. “Simptomer.ru” saytının yazdığına görə, B3 vitamini uşaqsalma ehtimalını azaldır, habelə dölün qüsursuz inkişafını təmin edir. Bu fikri təsdiqləmək məqsədilə sınaqlar keçirilib. Eksperimentdə ya daim uşaqsalan, ya da patologiyalı, o cümlədən ürək xəstəliyi, onurğa sütunu inkişafının pozulduğu, böyrək xəstəliyi olan uşaq doğan dörd qadın iştirak edib. Təkcə həmin qadınların deyil, onların ailə üzvlərinin də DNT analizi aparılıb.

ŞAD XƏBƏR: Qaraciyərin bərpası artıq mümkün olacaq!

24 Avqust 2017 19:12

Qaraciyərin bərpası artıq mümkün olacaq.  Şotlandiyanın Bərpa mərkəzi, ABŞ-ın Massaçussets Texnologiyalar institutu və Skolko Elm və Texnologiya İnstitutu öd kisəsi yolları və qaraciyər toxumalarının bərpasının mümkünlüyünü nümayiş etdirib. Belə ki, qaraciyər insan orqanizmində bərpa funksiyasının mövcud olduğu orqanlardandır.

Bu məhsul piylənmənin qarşısını alır!

24 Avqust 2017 19:08

Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar. Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.

Bu da oldu: Yasda dua oxuyan MOLLA ROBOT icad ETDİLƏR

24 Avqust 2017 19:03

Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq. “SoftBank Robotics” şirkəti tərəfindən yaradılan robot “Pepper” adlanır. Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir.

Ermənistanda polis alayının zabiti bıçaqlanıb

24 Avqust 2017 18:30

Yerevan şəhəri üzrə Post-Patrul alayının komandir müavini mayor Akop Mkrtçyan bıçaqlanıb. Hadisə gecə baş verib. Yerevanın Norqavit səmtində iki dalaşan qrupu ayırmaq istəyən zaman polis zabitinə bıçaq zərbəsi vurulub. 

Türkiyə Ramil Quliyevin bu jestindən danışır - VİDEO

24 Avqust 2017 17:45

Dünya Atletizm Çempionatında 200 metr məsafəyə yarışda Türkiyəyə qızıl medal qazandıran Azərbaycan əsilli atlet Ramil Quliyev təltifetmə mərasimi zamanı hərbi salamına aydınlıq gətirib.

“Dördgünlük müharibə”dən əvvəlki...” - Rusiya və Türkiyənin Qarabağ PLANI

24 Avqust 2017 17:43

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bu barədə avqustun 22-də Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirdi. Onun sözlərinə görə, müqavilə hələ qüvvəyə minməyib və bəzi texniki nüanslar qalır.

Fars körfəzində 2 gəmi toqquşdu: 20 ölü

24 Avqust 2017 17:31

Fars körfəzində İraq gəmisi ilə xarici şirkətə məxsus quru yük gəmisi toqquşub.  İraqın "əl-Misbar" gəmisi Xor Abdulla kanalında "Royal Arsenal" quru yük gəmisi ilə toqquşması nəticəsində batıb. Xilasedicilər 11 nəfəri xilas etsələr də, sudan 20 nəfərin cəsədi çıxarılıb. 

Özbəkistan Gülnarə Kərimovanın əmlakına həbs qoyulması üçün Rusiyaya müraciət etdi

24 Avqust 2017 17:08

Özbəkistan mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın daşınmaz əmlakına həbs qoyulması ilə bağlı Rusiyaya müraciət edib. Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi Daşkənddən məktub alıb: "Özbəkistan Baş Prokurorluğundan Rusiya Baş Prokurorluğuna daxil olan müraciətdə Gülnarə Kərimova ilə bağlı cinayət işində hüquqi yardımın göstərilməsi istənilir və onun daşınmaz əmlakına həbs qoyulması xahiş olunur. Hazırda sorğu baxılma mərhələsindədir".