Dünya

Kiyevdə PARTLAYIŞ

24 Avqust 2017 16:47

Ukraynanın paytaxtı Kiyev şəhərinin  mərkəzində partlayış baş verib. “Olaylar” bildirir ki, hadisə Kiyevin Xruşevskiy prospektində baş verib və əraziyə çoxlu sayda təcili yardım və təklükəsizlik qüvvələrinin cəlb olunub. İlkin məlumata görə, partlayış zamanı ən azı 2 nəfər  yaralanıb.

Mahaçqalada toyda kütləvi zəhərlənmə olub

24 Avqust 2017 16:13

Dağıstanın paytaxtı Mahaçqalada toyda kütləvi zəhərlənmə olub. Toydan sonra 21 nəfər tibbi yardıma müraciət edib, 13-ü xəstəxanaya yerləşdirilib. Onlara ilkin olaraq qidadan zəhərlənmə diaqnozu qoyulub.

İsveçrədə təbii fəalkət – 8 nəfər itkin düşüb

24 Avqust 2017 15:47

İsveçrənin İtaliya sərhəd ərazisində yerləşən Bondo kəndində təbii fəlakət baş verib. “Olaylar” bildirir ki,torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb.

“İmtina etmək niyyətində deyilik” - Özbəkistandan Moskvanın təklifinə RƏDD CAVABI

24 Avqust 2017 15:46

“Özbəkistan kiril əlifbasının xeyrinə latın əlifbasından imtina etmək niyyətində deyil”.  Bunu Özbəkistanın xalq maarifi naziri Uluqbəy İnoyatov deyib. Onun sözlərinə görə, bu məsələnin hətta gündəlikdə olması lazım deyil. “Düşünürəm ki, kiril əlifbasına keçid haqqında fikirlər əhalinin kiçik hissəsinə aiddir. Mən, nazir kimi öz mövqeyini söyləyəcəyəm. Həm kiril əlifbası, həm də latın əlifbasının öz üstünlükləri və çatışmazlıqları var. Amma düşünürəm ki, hazırda latın qrafikalı əlifba ölkəmizdə aşkar üstünlüklərə malikdir. Məsələ ondadır ki, bizim uşaqlarımız xarici dili öyrənirlər və bunun üçün latın qrafikalı əlifba lazımdır. Digər tərəfdən, özbək dilini öyrənən əcnəbilər üçün daha sadə olacaq”, - nazir qeyd edib.

Qadın millət vəkili çadranı TƏHQİR ETDİ

24 Avqust 2017 14:58

Anti-müsəlman mövqeyi ilə seçilən senator Pauline Hanson parlamentə çadra ilə daxil olub.  10 dəqiqə davam edən aksiya ilə senator Avsraliyada çadra tipli baş örtüklərinin qadağan olunmasının vacibliyini vurğulayıb və geyindiyi çadranı parlament binasındaca çıxararaq yerə atıb. Onun bu hərəkəti isə müsəlmanları özündən çıxardıb. 

Nazir vətəndaşı ölümdən qurtardı

24 Avqust 2017 14:54

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, intihar etmək istəyən bir vətəndaşı çətin vəziyyətdən xilas edib. Ankarada bir vətəndaş Daxili İşlər Nazirliyinin yaxınlığında intihara cəhd edib.

Prokurorluq binası qarşısında atışma – 2 nəfər yaralanıb

24 Avqust 2017 14:48

İstanbulda prokurorluq binasının qarşısında atışma olub. Atışma nəticəsində 2 nəfər yaralanıb.

"Ərimi öldürdüm, gəlin aparın" - Qadın uşaqlarını başqa otağa salıb, ərini qətlə yetirdi - VİDEO

24 Avqust 2017 14:40

Türkiyədə dəhşətli ailə qətlinin təfərrüatı məlum olub.  Hülya Tuncer (35), 18 il əvvəl Sedat Tuncerə (35) ərə gedib. Bu evlilikdən 2-si qız olmaqla 4 uşaqları olub. Tuncer yoldaşından şiddət gördüyü səbəbiylə bir neçə dəfə evdən qaçaraq qadın sığınacaq mərkəzlərinə yerləşib. Bir dəfə də ailəsinin yanına gedən Tuncer hər səfərində dilə tutularaq yoldaşıyla barışıb, evinə dönüb.

Şəhərin mərkəzində İsrail vətəndaşı güllələndi, axtarışa başlanıldı

24 Avqust 2017 14:33

Ukraynanın paytaxtı Kiyevdə İsrail vətəndaşı qətlə yetirilib.  Şahrux Tursunov (19880-ci il) Şota Rustaveli küçəsində yerləşən sinaqoqun qarşısında güllələnərək qətlə yetirilib. Faktla bağlı Ukrayna polisi Kiyevdə geniş axtarış əməliyyatlarına başlayıb.

İTV-nin canlı efirində maraqlı anlar: uşaq masanın üstünə çıxdı - VİDEO

24 Avqust 2017 14:26

İTV-nin efirində maraqlı anlar yaşanıb.  Canlı yayımda aparıcı Alastair Stewart dəvət etdiyi qonağı Lucy Wronka ilə süd məhsullarının uşaqlarda verdiyi allergiya ilə bağlı söhbət edərkən qadının qızı studiyaya daxil olub.

Venesiya qubernatoru: "Allahu Əkbər deyə qışqıran güllələnəcək"

24 Avqust 2017 14:15

Venesiya qubernatoru "Allahu Əkbər" deyə qışqıranların vurulması ilə bağlı əmr verib.  Riminidə konfransda çıxış edən qubernator Luigi Brugnaro polisə "Allahu Əkbər" deyə qışqıran şəxsi vurması ilə bağlı əmr verdiyini bildirib. "San Marko meydanında Allahu-Əkbər deyib qışqıran şəxs snayperçilər tərəfindən güllələnəcək. 1 il əvvəl olsaydı, 4-cü addımında vurardılar deyərdim, amma indi isə deyirəm ki, 3 addım atdıqdan sonra vurulacaq. Allahın yanına getmək istəyənləri, Allahın yanına göndərəcəyik".

Luqanskda azərbaycanlı minaya düşərək ölüb

24 Avqust 2017 13:55

Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub. Luqansk vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcərrayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

Səudiyyə Kralının 100 milyon dollarlıq istirahəti

24 Avqust 2017 13:53

Səudiyyə Ərəbistanının kralı Mərakeşdə istirahət edir.  Kralın istirahətinin xərci 100 milyon dollardır. Səudiyyə şahzadəsi Əl Vəlid Bin Tallal Bin Əbdüləziz Əl Səud və ailəsi də Türkiyənin Bodrum rayonunda istirahət edir. Şahzadənin tətilinin xərci isə 2.5 milyon türk lirəsidir (Təxminən 800 min dollar).