Dünya

MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”

24 Avqust 2017 13:37

“Suriyanın İdlib şəhərinə qarşı keçirilməsi planlaşdırılan əməliyyat Türkiyənin küncə sıxışdırılmasıdır”. Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə sərhədində “Əl-Qaidə” terror təşkilatının mövcudluğu barədə ABŞ-ın Suriya nümayəndəsinin bəyanatı məqsədli şəkildə səsləndirilib.

ABŞ-dan İrəvana ŞOK: “Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”

24 Avqust 2017 13:36

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc edib.

Türk güləşçi tatamidə evlilik təklifi aldı

24 Avqust 2017 13:34

Dünya çempionu olan türkiyəli güləşçi Yasemin Adar tatmidə evlilik təklifi alıb. Fransanın paytaxtı Parisdə keçirilən çempionatda qızıl medal qazanan Adar birdən-birə qarşısında sevgilisi Ərdəm Yığiti diz çökərkən görəndə təəccübünü gizlədə bilməyib.

Məşhur filmin davamı çəkiləcək

24 Avqust 2017 13:28

2011-ci ilin ən məşhur türk filmi “Kaybedenler kulübü”nün ikinci hissəsi çəkilir. “Olaylar” Cumhuriyyet - ə istinadən bildirir ki, Mehmet Ada Öztekinin rejissorluğu ilə TMC film şirkəti tərəfindən çəkiləcək film  “Kaybedenler kulübü yolda” adlanacaq. Rejissor oktyabrın ilk həftəsində filmin çəkilişlərinə başlanılacağını açıqlayıb. Filmdə baş rolları aktyorlar Nejat İşler və Yiğit Özşener canlandıracaqlar.

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

24 Avqust 2017 13:08

Ermənistanın hərbi qulluqçusu Andranik Mkrtçyanın ölümünün təfərrüatları məlum olub. Avqustun 20-də Ermənistanın Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı. Böyük əks-səda verən ölüm hadisəsinin sonradan əslində intihar olduğu bəyan edilib. Ermənistan sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisə cinsi istismar- homoseksualizm zəminində törədildiyindən belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.

Almaniyaya Polşadan sillə - Nasistlərə görə, 6 milyard tələb edir

24 Avqust 2017 13:06

Polşa Almaniyadan 5,9 milyard avro təzminat tələb edir. Polşa prezidenti Andjey Duda daxil ölkənin bir çox siyasətçilərinin daim bəhs etdikləri təzminat məsələsi artıq kampaniyaya çevrilib. Prezident II Dünya müharibəsi zamanı nasistlərin ölkəyə verdikləri zərərə görə Varşavanın milyardalarla dollar təzminat istəməyə haqqı olduğunu bildirib. Kampaniyanın şüarı olan ” Təzminat sizi müstəqilləşdirir” şüarı da elə nasistlərin Polşadaki Auşvitz kampının qapısına yazılan “İşləmək sizi müstəqilləşdirir” cümləsindən götürülüb.

Rusiyada 24 azərbaycanlı tutuldu

24 Avqust 2017 13:02

İnquşetiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 Azərbaycan vətəndaşı saxlanılıb. İnquşetiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, azərbaycanlılar Nazranda aparılan yoxlamalar nəticəsində tutulub. Həmyerlilərimizə qarşı administrativ protokollar hazırlanıb.

Dayə ona əmanət olunan uşağı sobada yandırdı

24 Avqust 2017 12:56

Uşağa qarşı qəddarlıq edən dayə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lidia Quillaqana adlı qadın 3 yaşlı uşağın əlini və ayağını sobada yandırıb, onu saçlarından dartaraq qaldırıb və iri oyuncağın içərisində bağlı saxlayıb.

Valideynlər gənc əsgərləri zorlayan erməninin özünü zorladılar

24 Avqust 2017 12:49

Ermənistanın hərbi qulluqçusu Andranik Mkrtçyanın ölümünün təfərrüatları məlum olub. Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı. Böyük əks-səda verən ölüm hadisəsinin sonradan, əslində, intihar olduğu bəyan edilib.

Konsert təxirə salındı –SƏBƏB TERROR VİDEO

24 Avqust 2017 12:39

Hollandiyadanın Rotterdam şəhərində amerikalı musiqi qrupunun konserti təxirə salınıb. "Olaylar" bildirir ki, konsertdən öncə ərazinin təhlükəsizliyini yoxlayan polislərin diqqətini şübhəli mikroavtobus çəkib. Avtobus sürücüsünü saxlayan polislər, insanların təhlükəsizliyinin təmin olunması səbəbi ilə qrupun konsertini təxirə salıblar.

31 il sonra yenə müəmmalı cinayət - Dənizdən tapılan başsız qadın gövdəsi

24 Avqust 2017 12:33

Danimarkada polis 1986-cı ildə törədilən cinayətin üstü açılmamış cinayətlə bağlı araşdırma aparır. Bir neçə gün əvvəl Danimarkanın paytaxtı Kopenhagendə, Koge Bay limanında başsız və əl-ayaqsız insan gövdəsi tapılıb. Dünən onun isveçli jurnalist Kim Valla aid olduğu təsdiq edilib. 

Rusiyanın Sudandakı səfiri ölü tapıldı

24 Avqust 2017 12:03

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinski evində ölü tapılıb. “Olaylar” bildirir ki, xəbəri Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib. 2013 – cü ildə Rusiyanın Sudandakı səfiri təyin edilən 63 yaşlı Mirqayıs Şirinskinin ölümünü səbəbləri açıqlanıb. Səfirin cəsədi  Xartum şəhərindəki iqamətgəhındakı hovuzda aşkarlanıb. Onun yüksək qan təzyiqindən əziyyət çəkdiyi söylənilir.

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 11:39

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Sülhün müdafiəsi üzrə xalq komitəsi ABŞ və Cənubi Koreyanı növbəti dəfə təhdid edib. Komitənin bəyanat KXDR-in dövlət telekanalında səsləndirilib. Bəyanatda ABŞ və Cənubi Koreyanın birgə təlimləri “nüvə barıt anbarının üstündə odla oyun” adlandırılıb. Bildirilib ki, Pxenyan düşmənçiliyin açıq təzahürünə cavab verəcək.

Türkiyəyə hücum planı: 20 minlik ordu HAZIRDIR

24 Avqust 2017 11:37

PKK terror təşkilatı Suriyanın Afrin bölgəsini “ikinci Qəndil”ə (PKK-nın əsas qərargahı, İraqda yerləşir –red.) çevirib. Bölgədə təlim görmüş 20 min terrorçu var. Qəndildən Ağ dənizə uzadılması planlaşdırılan “terror dəhlizi”nin tərkib hissəsi olan Afrin 2012-ci ildən PKK-nın Suriya qolu olan PYD-nin işğalı altındadır.

Baba nəvəsini 5 il tövlədə bağlı saxladı - Hindistanda dəhşət

24 Avqust 2017 11:27

Hindistanda baba doğma nəvəsinə 5 il boyunca zülm verib. O, uşağı 5 il tövlədə, mal-qaranın yanına bağlı saxlayıb. Umeş adlı uşaq əqli qüsurlu olaraq doğulub. Onun valideynləri 5 il öncə HİV virusuna yoluxduqlarına görə ölüblər. Bunlar azmış kimi, uşağa doğma babası işgəncə verib. O, dəcəllik edən uşağın öhdəsindən gələ bilmədiyinə görə onu tövlədə saxlayıb. Uşaq xilas edilib.