Dünya
Qətər Tehrana səfir göndərəcək
Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə Qətərin Tehrandakı səfirliyi yenidən bərpa olunacaq. “Olaylar” bildirir ki, nazirlik "Qatar Tehranla ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir" deyərək, səfirin İrana dönməsinin tarixi haqqında dəqiq məlumat verilməyib.
Dünyada ən bahalı bədən ondadır – FOTOLAR
Dünyanın ən məşhur transseksualı Amanda Leporun bu vaxtadək əməliyyatlara xərclədiyi pulun dəyəri müəyyənləşib. Əsl adı Amand olan və 11 yaşından cinsini dəyişmək istəyən Lepor buna 17 yaşında nail olub.
Dünyada ən böyük məlumat mərkəzi tikiləcək
Müasir məlumat mərkəzləri xeyli enerji sərf edir, böyük həcmli informasiya saxlayır, mürəkkəb hesablamalar həyata keçirir və əlbəttə, sabit iş rejimini saxlamaq üçün çox güclü soyutma sisteminə ehtiyac duyur. Buna görə belə hesablama kompüterlərini soyuq yerlərdə qurmaq məqsədəuyğundur. Bu səbəbdən “Kolos” şirkəti Norveçin şimalında dünyada ən böyük məlumat saxlama və işləmə mərkəzini tikməyi planlaşdırır.
Aparıcının yaxtada öpüşdüyü qadın qardaşı qızı imiş - qalmaqal böyüyür
Aparıcı Murad Başoğlunun yaxtada öpüşdüyü qadının öz qardaşı qızı Burcu başoğlu olduyğu ortaya çıxıb. Türkiyə mediasında böyük səs-küyə səbəb olub. Burcunun əri Selcuk Kabadayı həm arvadına, həm də aparıcıya qarşı məhkəmə prosesi qaldıraraq onlardan 4 milyon lirə (təxminən 2 milyon manat) təzminat tələb edib.
“Samsung” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb
“Samsung Electronics” şirkəti dünyanın 200 ölkəsində “Bixby” səs köməkçisini işə salıb. Beləliklə, Cənubi Koreya nəhəngi “Amazon Alexa” və “Apple Siri” texnologiyaları ilə mübarizədə irəliyə doğru daha bir addım atıb.
Sibel Canın çəkildiyi serialın yayım tarixi bəlli oldu
Müğənni Sibel Canla aktyor Emre Kınayın illər sonra bir araya gəldikləri "Sevdanın bahçeleri" serialının başalanacağı tarix açıqlanıb. Serial sentyabrın sonuncu həftəsi yayımlanacaq. Ekran işinin mövzusu və digər heyət üzvləri açıqlanmır. "Sevdanın bahçeleri" "Gold Film"in prodüserliyi ilə çəkilir.
"Valideynlərim ərimin casus olduğunu düşünürdülər"
Almaniyalı aktrisa Vilma Elles həyat yoldaşı Kərəm Göyüşlə kafelərdən birində görüntülənib. Aktrisa jurnalistlərin suallarını cavablandırıb. O, həyat yoldaşı ilə tanış olması haqda maraqlı etiraf edib: "Kərəm ailəmlə tanış olanda valideynlərim onun casus olduğunu düşünmüşdülər".
Almaniyada avtobus qəzası: 40 yaralı
Almaniyanın şimal-qərbində Osnabrük rayonunda avtobus qəza törədib. Qəzada 44 nəfər xəsarət alıb. Polisin ehtimalına görə, qəza texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ilə baş verib. Nəticədə 50 sərnişinin olduğu avtobus aşıb. Hadisə yerinə xilasedicilər və helikopter cəlb edilib. Xəsarət alanlardan 6-nın vəziyyətinin ağır olduğu deyilir.
“Gözlərim ağrıyır” sorğusu “Google”da populyar oldu
Bu günlərdə ABŞ ərazisində müşahidə edilmiş Günəş tutulmasından dərhal sonra “Gözlərim ağrıyır” sorğusu “Google” axtarış sistemində populyarlaşıb. Sayt Günəş tutulması və göz ağrısı barədə sorğuları müqayisə edərək onlar arasında korellyasiya olduğu qənaətinə gəlib. Bununla belə, söhbət sorğuların nisbi populyarlığından gedir, belə ki, Günəş tutulması ilə bağlı sorğuların ümumi sayı göz ağrısı ilə bağlı sorğuların sayından xeyli çoxdur.
Rusiya dron əleyhinə silah yaratdı
Rusiya Müdafiə Nazirliyinin “Robototexnika” Baş Elmi-Araşdırma Təhlil Mərkəzi pilotsuz uçan aparatlarla mübarizə üçün nəzərdə tutulmuş elektromaqnit silah yaradıb. “Stupor” adlanan silahın nümunəsi “Armiya-2017” forumu çərçivəsində təqdim edilib. Silah yer və su səthləri üzərində istifadə olunan pilotsuz uçuş aparatlarının, o cümlədən kopter tipli cihazların zərərsizləşdirilməsində istifadə olunacaq.
“Google” 3 yeni məhsulunu təqdim edəcək
“Google” üç yeni məhsulunu təqdim etməyə hazırlaşır. Mütəxəssislər proqnozlaşdırır ki, ABŞ şirkəti yeni nəsil “Chromebook Pixel” noutbukunu, “Google Home” səsgücləndiricilərinin yeni versiyasını və “Apple”ın istehsalı olan “AirPods”a rəqib olacaq qulaqcıqlarını təqdim edəcək.
ABŞ kəşfiyyatının rusiyalıların internet trafikinə çıxışı var - RUSİYADA QORXU!
Rusiya hakimiyyəti düşünür ki, ABŞ xüsusi xidmət orqanlarının rusiyalıların internet trafikinə çıxışı ola bilər. Bu səbəblə hökumət mobil operatorları bu trafiki Rusiya kənarından ölkə içərisinə yönəltməyə məcbur etmək istəyir. Məmurlardan biri bildirib ki, Avropada (xüsusilə də Stokholmda) ABŞ Milli Təhlükəsizlik Agentliyinin böyük mərkəzi mövcuddur və bu mərkəzin iri internet trafiki nöqtələrinə çıxışı var.
İŞİD 9 hərbçinin başını kəsdi
İŞİD qruplaşmasının üzvləri Liviyada döyüş postlarından birinə hücum edərək 9 hərbçinin başını kəsib. İnsident zamanı 2 dinc sakin də həlak olub. Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür.
Merkel: “ABŞ Şimali Koreya ilə müharibəyə başlayarsa...”
Almaniya kansleri Angela Merkel Şimali Koreya ilə ABŞ arasında müharibə başlayarsa, Berlinin buna qarşı olacağını deyib. Yerli qəzetlərdən birinə müsahibə verən xanım siyasətçi sülh əldə etməyin mümkünlüyünü dilə gətirib.
Paris turistlərin sayına görə rekord vurdu
Paris son 10 ildə turistlərin sayına görə rekord vurub. Turist sayı keçən ilə nisbətən 1,5 milyona qədər artıb. İlin ilk yarısında Parisə 16 milyon turist gəlib və bu, son 10 ildə ən çox turistik səfərdir. Parisə gələnlərin əksəriyyəti ABŞ turistləridir. Fransanın Turizm Nazirliyinin məlumatına görə, ötən ay Fransaya gələn turist sayı ilin sonuna qədər 89 milyona çatacaq, bu da rekord hədd hesab edilir.













